Öküz, inək, camış cinsi qaramal sayılır.
Qaramalın sayı | Düşən zəkat | |
30-39 | 1 dana | iki yaşında erkək və ya dişi |
40-49 | 1 öküz | üç yaşında |
60-69 | 2 dana | iki yaşında erkək və ya dişi |
70-79 | 2 dana1 öküz | 2 iki yaşında erkək və ya dişiüç yaşında |
80-89 | 2 öküz | 2 üç yaşında |
90-99 | 3 dana | iki yaşında erkək və ya dişi |
100-109 | 1 öküz2 dana | üç yaşındaiki yaşında erkək və ya dişi |
110-119 | 2 öküz2 dana | üç yaşındaiki yaşında erkək və ya dişi |
120 | 4 danavə ya 3 öküz | iki yaşında erkək və ya dişiüç yaşında erkək və ya dişi |
120 başdan daha çox olan qaramalın zəkatı hər 30 və 40 başdan bir hesablanır. Yəni hər 30 baş üçün iki yaşına girmiş bir dana və ya hər 40 baş qaramala görə üç yaşında bir dana verilməlidir.
Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.
“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.
Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
İslam, ehtiyac sahibi bir şəxsin başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.
İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.