Qoyunun sayı | Düşən zəkatı | Növ |
1-39 | zəkat düşmür | |
40-120 | 1 baş | qoyun |
121-200 | 2 baş | qoyun |
201-399 | 3 baş | qoyun |
400-499 | 4 baş | qoyun |
500-599 | 5 baş | qoyun |
Bundan sonra hər 100 baş qoyuna bir qoyun zəkat kimi verilir. Qoyun və keçi balalarının zəkatına gəlincə, ana qoyunlar nisab miqdarından artıq olarsa, balaları da əlavə edilib zəkatı verilməlidir.
Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.
“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.
Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
İslam, ehtiyac sahibi bir şəxsin başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.
İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.