Həcc ibadətinin fərz olması aşağıdakı şərtlərdən asılıdır:
1. Müsəlman olmaq. Qeyri-müsəlmanlara həcc fərz deyildir.
2. Yetkinlik çağına girmək.
3. Əqli cəhətdən sağlam olmaq. Uşaqlar və əqli xəstələr həcc ibadətindən məsul deyildir. Çünki bunlar dini hökmlərlə mükəlləf deyil.
4. Azad olmaq. Qullara, əsirə və həbsdə olana həcc fərz deyildir.
5. Əsas ehtiyaclara və evə dönənədək ailənin təminatına, yol məsrəfinə çatacaq maddi imkanın olması.
maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır
Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.
Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.
Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.
Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”