83. 005 dəfə oxunub ,   0 şərh   Çap et

Ehram nədir?

Ehram lüğətdə; “haram etmək, özünü məhrum etmək, hörmət göstərilən yerə və zamana daxil olmaq və bunlara hörmət göstərilən yerə və zamana daxil olmaq və bunlara hörmət göstərmək” mənalarına gəlir. Həcc ibadəti ilə əlaqəli olan bir termin  olaraq belə tərif edilə bilər: Həcc və ya ümrəyə niyyət edən bir şəxsin, digər vaxtlarda mübah olan bəzi fel və davranışları, həcc və ya ümrənin sonuna qədər özünə haram qılmasıdır. Necə ki, namaz ibadəti “təhrimə” deyilən “başlama təkbiri” ilə başladığı kimi, həcc ibadəti də eyni kəlmədən gələn “ehram” fəaliyyəti ilə başlayar. Ehrama girmək bir növ “həccə başlama təkbiridir.” Beləliklə, yəni ehrama girməklə həcc və ümrə xaricində edilməsi mübah olan bəzi şeylər haram olur. Pis söz və davranışları tərk etmək, geyim, cinsi münasibət, ov etmək və ətrafdakı təbiətlə əlaqəli olaraq əsas beş qrupda cəm edilən “ehram qadağanlarının” pozulması halında qadağanın növünə görə dəyişən cəzaların verilməsinə yol açır. Qurban kəsmək, sədəqə vermək və oruc tutmaq cəzalar arasında yer alır.

Ehramın rüknləri

Hənəfilərə görə ehramın niyyət və təlbiyədən ibarət iki rüknü var. Bulardan birini tərk edən hər hansı bir şəxs ehrama girmiş sayılmaz. Digər üç məzhəbə görə isə ehrama girmək üçün sadəcə niyyət kifayətdir.

Hənəfilərə görə, ehram həccin rüknü deyil, şərtidir. Bu da niyyət və təlbiyədən ibarətdir.

1. Niyyət

Niyyət həcc və ya ümrə etməyə qərar vermək, hansını edəcəksə onu müəyyənləşdirməklə olur. Niyyəti dil ilə söyləmək müstəhəbdir. Niyyət hər kəsin öz ana dilində edilə bilir.

Həcc və Ümrə mənasiki ehrama girməklə başlayar. Miqat yerində qüsl və ya dəstəmaz aldıqdan sonra, kərahət vaxtı deyilsə iki rükət ehram namazı qılınır. Bu namazın birinci rükətində Fatihədən sonra “kafirun,” ikinci rükətində isə “ixlas” surələrini oxumaq daha fəzilətlidir. Bundan sonra təkcə həcc (ifrad həcci) edəcək olan şəxs, “Allahümmə inni uridul-həccə, fəyəssirhu li və təqəbbəlhu minni” (Ey Allahım! Sənin rızan üçün həcc etmək istəyirəm. Onu mənə asan eylə və məndən qəbul elə) deyə sadəcə həccə niyyət edər.

Təməttü həcci edəcək şəxs isə, “Allahummə inni uridul-ümrətə fəyəs­sirhə li və təqəbbəlha minni”(Ey Allahım! Sənin rızan üçün ümrə etmək istəyirəm. Onu mənə asan et və məndən qəbul elə) deyə niyyət edər. Ərəfata çıxmadan əvvəl, Məkkədə həcc üçün ehrama girərkən də ifrat həcci üçün niyyət etdiyi kimi həccə niyyət edər.

Qiran həcci edəcək şəxs isə ümrə və həcci tək ehramla və birlikdə edə­cəyi üçün belə niyyət edər: “Allahümmə inni uridul-ümrətə vəl-həccə, fə­yəssirhuma li və təqəbbəlhuma minni.” (Ey Allahım! Sənin rizan üçün ümrə və həcc etmək istəyirəm. Bunları mənə asan et və məndən qəbul elə).

2. Təlbiyə

Həcc və Ümrə ibadətinin başlama vaxtının təyini, müəyyən sözlərin söylənməsindən ibarətdir. Təlbiyə bir növ namazdakı iftitah təkbiri yerindədir. Hz. Peyğəmbərin təlbiyəni iki rükət ehram namazı qıldıqdan sonra etdiyi nəql edilir.

Yuxarıda qeyd edildiyi kimi, uyğun bir niyyətdən sonra bu şəkildə təl­biyə gətirilir:

لَبَّيْكَ اللهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لاشَرِ يكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ والنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لاشَرِ يكَ لَكَ

“Ləbbeyk Allahümmə ləbbeyk. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mülkə la şərikə lək.”

Mənası: “Dəvətinə görə sözüm və özümlə gəldim. Ey Allahım! Əm­ri­nin başım üstündə yeri var. Dəvətinə görə sözüm və özümlə gəldim. Ey heç bir şəriki olmayan! Əmrinin başım üstündə yeri var. Həmd sənin, ne­mət sənin, mülk də sənindir. Sənin heç bir şərikin yoxdur.”

Niyyət və təlbiyənin farsca, azəricə və ya başqa bir dildə edilməsi mümkün və caizdir.[1]

Təlbiyəni ehrama girərkən ən azından bir dəfə söyləmək lazımdır. Ancaq bu məcburiyyət sadəcə təlbiyə kəlmələrini söyləməkdən iba­rət deyil, Allahı ucaltmaq (təzim) üçün söylənən sözü ifadə edir. Hz. Aişənin verilən bir suala cavab olaraq, “Ehrama ancaq təhlil və təlbiyə ilə girilir.”[2] dediyi nəql edilmişdir. Təhlil kəlmeyi-tövhidi söyləmək, yəni “La ilahə illəllah” deməkdir.

Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.


[1] İbn Abidin, Rəddul-Muxtar, IV, 476.

[2]Malik, Müvətta, Həcc 2.




Bənzər məqalələr

Borc alaraq həccə getmək

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin tərifi və mahiyyəti

Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Ümrədən qazancla dönmək

Ümrə ziyarətində hansı ibadətləri etmək lazımdır?

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.


Şərh yaz