8. 410 dəfə oxunub ,   0 şərh   Çap et

Ümrə etmək istənilən vaxt üsul və ədəbinə uyğun ehrama girərək təvaf və səy etdikdən sonra taraş olub ehramdan çıxmaqdır. Ümrə etmək üçün xüsusi vaxt təyin edilməmişdir. Hər zaman yerinə yetirmək olar.

Ümrənin iki fərzi var: ehram və təvaf. Ehram şərt, təvaf isə rükndür. Səfa-Mərvə arasında səy etmək, saçları taraş etdirmək isə vaciblərdir.

Ümrənin yerinə yetirilməsi

Ümrə etmək istəyənlər əgər afaqi (Harəm və Hill bölgələrindən deyil, başqa yerlərdən gəlmişsə) isə, mikat (ehrama girmə yeri və zamanı) sərhədində və ya  Harəm bölgəsi xaricində üsuluna uyğun ehrama girdikdən sonra iki rükət “ehram namazı” qılır. Namazdan sonra “Allahım, Sənin rizan üçün ümrə etmək istəyirəm. Ümrəni asan yerinə yetirməyə kömək et və ümrəmi qəbul et” deyə niyyət edir və arxasınca “Ləbbeyk, Allahümmə, ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl-hamdə və’n nimətə ləkə və’l mülk lə şərikə ləkə” – deyərək təlbiyyə gətirir və beləcə ümrəyə niyyəti etmiş olur.

Harəmi-şərifə gələndə isə “Allahım, Sənin rizan üçün ümrə təvafını etmək istəyirəm, təvafı mənim üçün asan et və təvafımı qəbul buyur” deyə təvafa niyyət edir və ümrənin təvafını yerinə yetirir. Təvafın sonunda iki rükət təvaf namazı qılır, arxasınca “Allahım, Sənin rizan üçün ümrənin səyini etmək istəyirəm, bu işimi asan et  və qəbul buyur” deyə niyyət edir və Səfa-Mərvə arasında dörd gediş və üç gəliş –  yeddi dəfə gedib-gəlməklə ümrənin səyini də yerinə yetirir. Arxasınca saçlarını dibindən qırxdırır və ya qısaltdırır sonra da ehramdan çıxır. Beləcə ümrə tamamlanır.

Ümrənin Həcdən fərqi Ərəfat, Müzdəlifə və Minada yerinə yetirilən əsaslarla yanaşı, qüdum və vəda təvafının olmamasıdır.



Açar sözləri

həcc umre ümrə

Bənzər məqalələr

Borc alaraq həccə getmək

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin tərifi və mahiyyəti

Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Ümrədən qazancla dönmək

Ümrə ziyarətində hansı ibadətləri etmək lazımdır?

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.


Şərh yaz