Hər kəs gündəlik həyatında Qurani-Kərim oxumağa vaxt ayırmalıdır. Keçmiş dövürlərdə alimlər sıradan insanlara hər gün bir cüz Quran oxumağı məsləhət görərdi. Ancaq alimlərin öz həyatlarını oxuduqda onlardan çoxunun gecələri Quran-namaz-dua və zikr ilə keçirdiklərini görürük. Ona görə də hər kəs üzərindəki məsuliyyəti nisbətində Quranla məşğul olmalıdır. Olmalıdır ki, Ondan süzülən ilhamlarla gündəlik işlərini nizama salsın.
Yaşadığımız dövürdə vaxt sürətlə ötüb keçir. Dəqiqələr, saatlar, günlər, həftələr.. sürətlə ötüb gedir. Ona görə də inanan bir insan həyatı süzərək yaşamalıdır. Heç olmasa gün ərzində tərcüməsi ilə birlikdə ən az beş səhifə Quran oxumalıdır.
Heç kim “o qədər iş var ki, vaxt tapmaq olmur, gecə evə gec və yorğun gəlirik” kimi bəhanələr gətirməməlidir. Bu cür uydurma bəhanələrin arxasında gizlənənlər bir çevrilib gündəlik həyatlarına baxsalar, nə qədər dəyərli vaxtlarını boş şeylərə sərf etdiklərini görüb utanacaqlar. Bəzən bir fincan çay içmək saatlar çəkir, amma ən vacib işlərə vaxt tapılmır. Bəli, gündəlik həyatımıza nəzər salsaq, buna xeyli misal tapa bilərik. Boş və mənasız şeylərə bir aləm vaxt sərf etdiyimizi deməyə lüzum yoxdur… İndi isə bir yandan bu qədər “səxavətlə” sərf edilən vaxt, bir yandan da ən vacib, həyati əhəmiyyətli işlərə tapılmayan vaxt – bunu izah etmək çətindir. Nəticə etibarilə, hər kəs Qurani-Kərimə və dua-zikrlərə mütləq vaxt ayırmalı və bu məsələdə heç bir bəhanə gətirməməlidir.
Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.
Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.
Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…
Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.
Quran oxumağın fəziləti haqqında hədislər