Allahım, adı ilə bütün düyünlərin açıldığı, sıxıntıların dağıldığı, ehtiyacların qarşılandığı, istəklərin, gözəl nəticələrin əldə edildiyi və mübarək üzü hörmətinə buludlardan yağmurun yağdığı Peyğəmbərimiz Məhəmmədə (s.ə.s.), onun əhli-beyti və səhabələrinə hər göz açıb-yumduqda, hər nəfəs alıb-verdikdə Sənə məlum olan varlıqların sayı qədər salat və salam olsun.
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.
Dua Allahla qul arasında qüvvətli bir bağdır.
Asif , 29/01/2014 tarixində, saat 19:01
Allah razı olsun
Seymur , 10/02/2014 tarixində, saat 06:02
Allah razı olsun. Hazırlanmasında əziyyəti keçənlərə təşəkkür edirik.