2. 985 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulunun nübüvvətdən əvvəl səfərlər zamanı bəzi kitab əhli ilə görüşdüyünə dair qaynaqlarda məlumatlara rast gəlinir. Bu da bir həqiqətdir ki, Rəsulullah birinci və ikinci Şam səfərində, Yəməndə olarkən, Şərqi Ərəbistan səfərində bəzi kitab əhli ilə görüşsə də, bu söhbətlər məqsədli, məlumat mübadiləsi və ya uzun söhbət şəklində olmamışdır. Bu səfərlər zamanı Rəsulullah onlardan heç bir dini məsələ soruşmamış və onlarla gizli görüşməmişdir.

Bütün bəşəriyyətə peyğəmbər olaraq göndərilən Rəsulullahın əhli-kitabla münasibətlərini Quran ayələrindən izləyəndə ilk olaraq onların tövhid anlayışının yanlışlığının nəzərə çatdırıldığını görürük. Quran onların Tövhid inancının yanlışlığını bəyan etdikdən sonra, onları həqiqi Tövhid dininə dəvət etmiş və ortaq nöqtələri göstərmişdir.

Onlar isə Rəsulullaha inanmadıqları kimi, inananların da fikirlərini qarışdırıb dindən döndərməyə çalışırdılar. Yəhudilər Rəsulullah hələ Məkkədə ikən müşriklərlə əlbir olub Rəsulullahı (s.ə.s) çətin vəziyyətə salmaq üçün cürbəcür suallar vermişdilər. Məqsəd Rəsulullahı haqq və ədalətdən uzaqlaşdırıb yanlış hökm verməsinə nail olmaq idi. Beləliklə, Onun etibarını sarsıdacaq və xəbis əməllərini gerçəkləşdirmiş olacaqdılar.

Yəhudilər ilk vaxtlar Rəsulullahla ədəb-ərkanla mübahisə edir, qəbul etməsələr də, əxlaqi çərçivədən kənara çıxıb nalayiq davranışlara təşəbbüs göstərmirdilər. Ancaq get-gedə azğınlaşdılar. Ədəbi bir kənara atıb hücuma keçdilər. Onu məsxərəyə qoymağa və çirkin əməllərə əl atmağa başladılar.

Onlar Rəsulullahın hicrət edib Mədinədə məskunlaşmasını heç cür həzm edə bilmir, Onu şəhərdən çıxarmaq və ya öldürmək üçün hər vasitəyə əl atmaqdan çəkinmirdilər. Müsəlmanlar hansı düşmənlə üz-üzə gəlirdisə, yəhudiləri onların yanında görürdü. Onlar həmişə Müsəlmanların düşmənlərinə kömək edirdilər. Qurani-Kərim onların bu xəbis xarakterini Xəndək döyüşü ərəfəsində də nümayiş etdirdiyini bildirir.

Yəhudilərin bu çirkin əməllərinin tez-tez təkrarlandığını və dözülməz həddə çatdığını görən Allah Rəsulu (s.ə.s) onların üstünə yürüş edərək fitnə-fəsadın qarşısını aldı və bəzi yəhudi qəbilələrini də yerlərindən çıxarıb sürgün etdi. 

Allah Rəsulu bütün insanlar kimi yəhudilərlə də yaxşı əlaqələr qurmağa çalışmış, onlarla yumşaq rəftar etmiş, onların dininə və həyatına qarışmamışdır. Ancaq onlar Rəsulullahın xoş niyyətinə və gözəl rəftarına yaxşılıqla cavab vermək əvəzinə, fürsət düşdükcə Müsəlmanları arxadan vurmağa çalışmış, düşmənlə əlbir olmuş və ən acınacaqlısı isə Rəsulullahın canına qəsd etməyi belə düşünmüşdülər. Onların yola gəlmədiyini, baş verən hadisələrdən bir nəticə çıxarmadığını və gündən günə  yollarını əməlli-başlı azdığını görən Allah Rəsulu da lazımi tədbirləri həyata keçirmişdi.

Xristianlara gəlincə, Allah Rəsulu yəhudilər kimi, onları da İslama dəvət etmiş, yaxşı münasibətlər qurmağa çalışmışdı. Bəziləri bu dəvəti qəbul edib müsəlman olmuş, bəziləri də qəbul etməyib düşmənçilik etmişdi. Rəsulullah yalnız o bölgənin xristianlarını deyil, digər ölkələrdə yaşayanları da İslama dəvət etmiş, onlara elçilər göndərib dini qəbul etməyə çağırmışdı. Bunlardan da bəziləri müsəlman olmuş, bəziləri də inadkarlıq etmişdi. Ancaq  çox keçmədən İslam dini bütün Ərəbistan yarımadasına yayılmışdı.



Açar sözləri

əhli-kitab Rəsulullah

Bənzər məqalələr

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Peyğəmbərimiz kimi isə öldürmüşdür?

Sual: “Peyğəmbərimiz (s.ə.s) qılıncında qan olmayıb” deyirlər. Bu fikir nə dərəcədə doğrudur? Peyğəmbərimiz (s.ə.s) iştirak etdiyi müharibələrdə kimi isə öldürmüşdürmü? Allah Rəsulunun (s.ə.s) qılıncında qan olmamışdır fikri doğrudur. Həqiqətən şəfqət abidəsi olan Hz. Muhamməd (s.ə.s) heç kimsəni öldürməmişdir. Sadəcə yaraladığı bir düşməni var. O da yaraladığı yerdə ölməmişdir. Daha sonra qan axmadan ölmüşdür. Hadisə aşağıdakı […]


Şərh yaz