1. 569 dəfə oxunub ,   0 şərh   Çap et

Qalan ömürdən səmərəli istifadə etmək
və xeyirli əməlləri artırmaq

 

اَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ فِيهِ مَنْ تَذَكَّرَ وَجَآءَ كُمُ النَّذ۪يرُ

“Biz sizə düşünüb ibrət alacaq, həqiqəti görəcək insanların düşünəcəyi qədər ömür vermədikmi?! Hələ sizə peyğəmbər də gəlib xəbərdar etmişdi. {“Fatır” surəsi, 35/37}

 عَنْ أَب۪ي هُرَيْرَةَ عَنِ النَّبِيِّ  قَالَ: «أَعْذَرَ اللّٰهُ إِلَى امْرِئٍ أَخَّرَ أَجَلَهُ حَتّٰى بَلَغَ سِتّ۪ينَ سَنَةً»

Əbu Hureyrə (r.a.) Nəbilər Sərvəri Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rəvayət edir:

“Allah kimə altmış yaşadək yaşamağa imkan veribsə, onun üzrünü (bəhanəsini) qəbul etməz. (Yəni insanın yaşlandığı halda hələ də ibadətə yaxın gəlməyib “Bir az da yaşasaydım, ibadət edə­cəkdim” deyə bəhanə gətirməsini məqbul saymaz.) [Buxari, Riqaq 5]

 عَنْ عَائِشَةَ  قَالَتْ: مَا صَلَّى رَسُولُ اللّٰهِ صَلَاةً بَعْدَ أَنْ نَزَلَتْ علَيْهِ {إِذَا جَاءَ نَصْرُ اللّٰهِ وَالْفَتْحُ} إِلَّا يَقُولُ فِيهَا: « سُبْحَانَكَ رَبَّنَا وَبِحَمْدِكَ، اَللَّهُمَّ اغْفِرْ لِي»

Həzrəti Aişə (r. anhə) belə demişdir:

“Nəsr” surəsinin “Allahın yardım və zəfəri gəldiyi zaman…(Rəbbini həmd-səna ilə təqdis et və Ondan əfv dilə)” ayələri nazil olandan sonra Allah Rəsulu (s.ə.s.) hər namazda mütləq “Subhanəkə Rabbənə və bihamdikə Allahumməğfirli: Rəbbimiz, Sən bütün qüsurlardan uzaqsan. Sənə həmd edirəm. Allahım, məni bağışla!” deməyi adətə çevirdi. [Buxari, Azan 123, Təfsiru surə 110/1; Müslim, Salat 219]

 عَنْ جَابِرٍ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «يُبْعَثُ كُلُّ عَبْدٍ عَلٰى مَا مَاتَ عَلَيْهِ»

Hz. Cabir (r.a.)  Allah  Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Hər bir qul hansı halda (əməldə) ölmüşsə, o şəkildə dirildilir”. [Müslim, Cənnət 83]




Şərh yaz