3. 271 dəfə oxunub ,   0 şərh   Çap et

Qədər Allah-Təalanın elmində əşyaya biçilmiş bir plan və layihədir. Bir şeyi bilmək onu meydana gətirmək demək deyil. Məsələn, beynimizdə bir binanın planını qursaq və ya yüzlərlə zavod tiksək, bunlar sırf beynimizdə planlaşdırdığımıza görə həyata keçməz. Onların ərsəyə gəlməsi üçün iradə və qüdrətə ehtiyac vardır. Əks halda layihəsini çəkdiyimiz bina və ya zavoddan bizdən başqa heç kimin xəbəri olmaz. O layihənin arasında xəyalən gəzib dolaşarıq, fikrimiz başqa tərəfə yönələndə isə o bina və ya fabrikin xəyalından əsər-əlamət qalmaz. Get-gedə də xəyallarda canlandırdığımız həmin layihələri tamam yaddan çıxararıq.

Qədər bir elmdir. Elm isə daima məlum olanla əlaqəlidir. Yəni bir şey necədirsə və necə olacaqsa, o cür bilinir. Əksinə məlum olan elmə tabe deyildir. Belə olduqda isə bizim nə edəcəyimizi, iradəmizdən nə cür istifadə edəcəyimizi Allah-Təala bilir və qədərini də bildiyi istiqamətdə həyata keçirir. Bir qatar fərz edək. Bu qatarın iki stansiya arasındakı məsafəni nə qədər vaxta gedəcəyi bəllidir. Olduqca dəqiq hesablamalar nəticəsində qatarın hərəkətindən əvvəl həmin məsafəni qət eləmə müddəti müəyyən edilir və bəzən də məlumat lövhələrində yazılır. Bu nəticə plandır. Nümunəni mövzumuzla müqayisə etsək, buna “qədər” deyə bilərik. Amma bu məlumatı və qədər qatarını hərəkətə gətirən məcburi güc deyil. Yəni qatar bu plana görə, deyilən saatda, deyilən stansiyaya getmir, o vaxtda o stansiyaya gedəcəyi üçün plan və layihədə, yəni qatarın qədərində belə yazılır. Çünki elm məlum olana tabedir. Hadisə nə cür olacaqsa, o cür bilinir və barəsindəki təqdir də ona uyğun olur.

Allah-Təalanın elmi bütün əşya və hadisələri ehtiva edir. Onun elmində səbəb və nəticə, başlanğıc və son bir yerdədir. Ondan (c.c.) ötrü əvvəl və ya sonra deyilən bir şey yoxdur. Yəni Uca Allahın elmi hər şeyi əhatə etmişdir. Təqdirini də bu elmi ilə həyata keçirir. Demək, bu təqdir iradi əməllərdə iradəni bir kənara qoymur.

Qədərlə bağlı ən mühüm məqam Allahın bilməsi mə­sələsidir. Yəni necə olur ki, Allah Təala bir şeyi olmamışdan əvvəl bilir. Ən böyük səhv də burada edilir. Yəni insan özünün bilməsi ilə Allahın bilməsini müqayisə edir və çıxılmaz vəziyyətə düşür. Halbuki insanın imkanları məhduddur və imkanları məhdud olan bir varlıq da sonsuz qüdrət sahibini əsla dərk edə bilməz.



Açar sözləri

elm iradə qədər

Bənzər məqalələr

İradənin önündəki maneələr

İnsan iradəsinin önündəki maneələr nələrdir?

Azad düşüncə nədir?

Mütləq mənada azad olmaq mümkündürmü?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elm öyrənənlərə…

Ey elm öyrənməyə qərarlı insan! Əgər elm öyrənməkdə məqsədin lovğalanmaq, insanların rəğbətini qazanmaq və dünya malı toplamaqdırsa, vay sənin halına.

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.


Şərh yaz