Peyğəmbərimiz (s.ə.s) qədər mövzusunda mübahisə edən bir neçə səhabəyə: “Sizə bunlar əmr olunub, yoxsa mən sizə bundan ötrü göndərilmişəm? Sizdən əvvəlkilər bu barədə mübahisəyə başladıqları zaman həlak olmuşdular”[1], – buyuraraq qədər mövzusunda mübahisə edilməsindən narahat olduğunu bildirmişdir.
Qədər mövzusu ilə bağlı mübahisənin qadağan olunmasının hikmətini üç aspektdən dəyərləndirmək mümkündür:
Birincisi; hər şeydən əvvəl qədər imana aid məsələdir. İman məsələlərində mübahisə etmək doğru deyildir. Çünki hədisi-şəriflərdə iman mövzusu altı əsası ilə birlikdə bir bütöv kimi götürülmüşdür. Bu da o deməkdir ki, iman əsla bölünməzdir və onun hər bir əsasını qeyd-şərtsiz qəbul etmək vacibdir. Qəbul etmək isə mübahisə ilə bir yerə sığmır. Ancaq qədər məsələsini mübahisəyə yol vermədən sırf öyrənmə və məlumatlandırma məqsədi ilə müzakirə etməkdə heç bir qəbahət yoxdur. Bir çox İslam alimi bu niyyətlə əsərlərində qədər mövzusuna ayrıca toxunmuş, hətta bu sahədə müstəqil əsərlər yazmışdır.
İkincisi; insanın öz iradəsi ilə bağlı qədəri, bir də iradəsi xaricində cərəyan edən qədəri vardır. Bəşəri iradənin xaricində meydana gələn qədərin səbəblərini isə insanlar bilmir. “Ağıl yaradılmışdır, yaradanı dərk edə bilməz” düsturundan irəli gələrək insanın ağlı qədərin bu ikinci qisminə aid hikmət və sirlərə vaqif deyil. İnsanın doğulduğu əsr və yer, ana-atasının kimliyi, cinsiyyəti, irqi və başına gələn bəzi müsibətlər, xəstəliklər və s.-i bu qismə misal çəkmək olar. Bu və bənzəri hallarda mübahisəyə başlamaq, qədərin sirrini anlamağa çalışmaq insanı yanlış nəticələrə apara bilər. Güman ki, Allah Rəsulu da bizi məhz qədərin bu yönü haqqında mübahisə etməkdən çəkindirmişdir.
Üçüncüsü; insanın qədərlə bağlı bütün məsələləri qəti həll etməyə çalışması, əslində, bacarmadığı bir işə girişməsi deməkdir. Çünki ağlı zaman və məkan məfhumları ilə çərçivələnmiş bəşər övladının qədər məsələsini elmi və nəzəri baxımdan bütünlüklə qavraması mümkün deyildir. Ona görə də bir mömin qədər məsələsini nə qədər anlaya bilirsə, onunla kifayətlənməli, başa düşmədiyi xüsusları da Allah-Təalaya həvalə edib, lüzumsuz mübahisələrdən çəkinməlidir.
[1] Tirmizi, “Qədər”, 3.
İnsan iradəsinin önündəki maneələr nələrdir?
Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.
Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.
Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.
Sual: Allah niyə bizə soruşmadan bizi yaradıb və qədərə məhkum edib? Cavab: Qədərdə məcburulik, haqsızlıq və bədbəxtlik yoxdur. İnsan nə edəcəyini cüzi iradəsi ilə seçir. Buna görə də etdiklərindən məsuliyyət daşıyır. Allah-Təala da göndərdiyi peyğəmbərlər və nazil elədiyi kitablar vasitəsilə həmişə insanlara doğru yolu göstərmişdir.