18. 132 dəfə oxunub ,   1 şərh   Çap et

Sual: Mən müəyyən günahlarımdan dolayı zaman-zaman tövbə edirəm. Ancaq iradəmə hökm edə bilmədiyim üçün eyni günahı təkrar edirəm. Tövbəni pozduqdan sonra təkrar tövbə edə bilərəmmi?

Müsəlman günah və pis işlərdən çəkinməlidir. Bununla bərabər insan çox vaxt günah işləməkdən uzaq dura bilmir. Buna görə Quran və Sünnədə şəxsin günah etdikdən sonra dərhal tövbə etməyinin lüzumu, səmimi edilən tövbənin Allah tərəfindən qəbul ediləcəyi bildirilmişdir. Həta heç bir günahı olmadığını düşünənin də tövbə etməsi lazımdır. Belə ki, Hz. Peyğəmbərin gəlmiş-keçmiş bütün günahları bağışlanıldığı halda, gündə yetmiş və ya yüz dəfə tövbə etdiyi, yorulana (ayaqları şişənə) qədər ibadət etdiyi, bunların səbəbi soruşulduqda isə “Allaha çox şükür edən bir bəndə olmayımmı?”[1] dediyi rəvayət edilmişdir.

Bundan əlavə qəbul olma ümidi olan tövbə, hədisdə namazla birgə qeyd edilir: “Bir bəndə günah işlədikdən sonra, gözəl bir dəstəmaz alıb iki rükət namaz qılaraq Allahdan bağışlanma istəyərsə, Allah onu mütləq bağışlayar.”[2] Hz. Peyğəmbər bundan sonra aşağıdakı ayəni oxumuşdur: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək)günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.”[3]

Kitab və Sünnədə Allah-Təalanın tövbəni qəbul etdiyini, peşman olub əfv diləyənlərin bağışlandığını ifadə edən bir çox nəss (ayə və hədis) qeyd edilir. Haram işləyən (qul haqqına təcavüz etsin və ya etməsin) Allaha qarşı günah etmiş, Onun əmrini yerinə yetirməmiş və qadağalarını tapdamış olur. Bunun düzəldilməsinin yolu səmimi bir peşmançılıq içində Təvvab, Rəhim, Rəhman, Ğafur, Səttar olan Allaha yalvarmaq, boyun əyərək bağışlanmağı istəməkdir. Unutmayaq ki, qul haqqına girmişiksə həmin şəxslə halallaşmalıyıq.

Qurani-Kərimdə belə buyurulur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.”[4]

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin(kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.”[5]

Hz. Əliyə bir nəfər yaxınlaşaraq soruşur: “Ey Əli! Mən bir günha işlədim. nə edim?” Hz. ƏIi ona “get tövbə elə” dedi. Aradan bir müddət keçəndən sonra həmin adam yenə gəldi. və yenə “Ey Əli, mən yenı eyni günahı işlədim, nə edim?” O da “get tövbə et” dedi. Bir müddət sonra adam üçüncü dəfə eyni sualla müraciət etdi. Hz. Əli yenə “get tövbə et” dedi. O da “Ya Əli hər dəfə get tövbə et deyirsən. bu nə vaxta qədər davam edəcək?” deyə sual verdi. Hz. Əli: “Sən o günahı tərk edənə qədər” dedi. İnsan əlbəttə ki günah işləyəcək. Ancaq günah işlədikdən sonra dərhal peşman olmalı, bir daha o günahı işləməyəcək şəkildə tövbə etməlidir. Ancaq bunu sadalövhlüklə necə olsa günah işləyər sonra da tövbə edərəm bağışlanar düşüncəsində olmamalıdır. Çünki tövbəmizin qəbul edilib-edilmədiyini biz bilmirik.

Günahı sadə bir şey kimi qəbul etməməliyik. ” Hər günahda küfrə, Allahı inkara götürən bir yol vardır” düsturuna görədə günah işləmək bir yana onun hamısından uzaq qalmalı, hətta yaxınlaşmamalıyıq. Ayrıca imanımızı qüvvətləndirəcək kitablar oxumalı və videolara baxmalıyıq. Həmçinin saleh insanlarla oturub-qaxmalı, mütləq heç olmazsa həftədə bir gün vaxt ayırıb bir araya gəlməli, onların müsbət aurasından istifadə etməliyik.

Davamlı tövbə istiğfar çəkməli, İlahiyə bizə günahlara qarşı səbir əta etməsi üçün dua edərək yalvarmalıyıq. Dünya imtahan dünyasıdır. Axirətdə üzü qara çıxmamaq üçün insan iradəsinin haqqını verməli və günah işləməmlidir. İşləsə belə həmən tövbə etməli, ardınca da saleh bir əməl işləməli onun bağılanması üçün çalışmalıdır.

[1] Tirmizi, Şəmail, 44.

[2] Müslim, Təharə, 5-16.

[3] Ali-İmran, 3/135

[4] Nisa, 4/48, 116.

[5] Nisa, 4/31; bax. Nəcm, 53/32.



Açar sözləri

günah tövbə

Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Qul haqqı

Qul haqqı deyəndə insanın canı, malı, qeyrət və namusu, cəmiyyətdəki etibarı və s. kimi əsas haqları nəzərdə tutulur. Bunlar toxunulmazdır. Bu haqların ödənməsi ancaq haqsızlıq edən şəxsin, bütün imkanlardan istifadə edərək haqq sahibini razı salması ilə mümkündür.


1 şərh yazılıb
  1. mustafa , 03/02/2014 tarixində, saat 16:02

    bes ‘yalanci tovbekarlar’ kimlere deyilir?

Şərh yaz