Allahın qulunu sevməsi
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهَ فَاتَّبِعُون۪ي يُحْبِبْكُمُ اللّٰهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ، وَاللّٰهُ غَفُورٌ رَح۪يمٌ
De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” {“Ali İmran” surəsi, 3/31}
يَا اَيُّهَا الَّذ۪ينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ د۪ينِهِ فَسَوْفَ يَأْتِي اللّٰهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِن۪ينَ أَعِزَّةٍ عَلَى الْكَافِر۪ينَ يُجَاهِدُونَ ف۪ي سَب۪يلِ اللّٰهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ذٰلِكَ فَضْلُ اللّٰهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللّٰهُ وَاسِعٌ عَل۪يمٌ
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allahın lütfü genişdir, (O, hər şeyi) biləndir! {“Maidə” surəsi, 5/54}
عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِنَّ اللّٰهَ تَعَالٰى قَالَ: مَنْ عَادَى ل۪ي وَلِيًّا، فَقَدْ آذَنْتُهُ بِالْحَرْبِ، وَمَا تَقَرَّبَ إِلَيَّ عَبْد۪ي بِشَيْءٍ أَحَبَّ إِلَيَّ مِمَّا افْتَرَضْتُ عَلَيْهِ، وَمَا يَزَالُ عَبْد۪ي يَتَقَرَّبُ إِلَيَّ بِالنَّوَافِلِ حَتّٰى أُحِبَّهُ، فَإذَا أَحْبَبْتُهُ، كُنْتُ سَمْعَهُ الَّذ۪ي يَسْمَعُ بِهِ، وَبَصَرَهُ الَّذ۪ي يُبْصِرُ بِهِ، وَيَدَهُ الَّتي۪ يَبْطِشُ بِهَا، وَرِجْلَهُ الَّتي۪ يَمْش۪ي بِهَا وَإِنْ سَأَلَنيِ أَعْطَيْتُهُ، وَلَئِنِ اسْتَعَاذَن۪ي لَأُع۪يذَنَّهُ»
Əbu Hureyrə (r.a.) nəql edir:
“Allah Rəsulu (s.ə.s.) bir qüdsi hədisdə Uca Allahın belə buyurduğunu bildirmişdir: “Kim mənim vəli (xalis, xas) quluma düşmənçilik edərsə, Mən də ona qarşı müharibə elan edərəm. Qulum fərz buyurduğum şeylərdən daha sevimli heç bir şeylə Mənə yaxınlaşa bilməz. Qulum (fərzlərə əlavə olaraq etdiyi) nafilə ibadətlərlə Mənə yaxınlaşar, nəhayət, Mən də onu sevərəm. Onu sevəndə də onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. (Xülasə, o, birbaşa Allahın məxsusi iradəsi çərçivəsində eşidər, görər, tutar və yeriyər.) Belə bir qulun Məndən istədiyini şübhəsiz verərəm. Mənə sığınarsa, onu qoruyub himayə edərəm”. [Buxari, Riqaq 38]
عَنْ أَب۪ي هُرَيْرَةَ عَنِ النَّبِيِّ قَالَ: «إِنَّ اللَّهَ تَعَالٰى إِذَا أَحَبَّ عَبْدًا دَعَا جِبْر۪يلَ فَقَالَ إِنّ۪ي أُحِبُّ فُلَانًا فَأَحْبِبْهُ فَيُحِبُّهُ جِبْر۪يلُ ثُمَّ يُنَاد۪ي فِي السَّمَاءِ فَيَقُولُ إِنَّ اللَّهَ يُحِبُّ فُلَانًا فَأَحِبُّوهُ فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ
ثُمَّ يُوضَعُ لَهُ الْقَبُولُ فِي الْأَرْضِ وَإِذَا أَبْغَضَ عَبْدًا دَعَا جِبْر۪يلَ فَيَقُولُ إِنّ۪ي أُبْغِضُ فُلَانًا فَأَبْغِضْهُ فَيُبْغِضُهُ جِبْر۪يلُ ثُمَّ يُنَاد۪ي ف۪ي أَهْلِ السَّمَاءِ إِنَّ اللَّهَ يُبْغِضُ فُلَانًا
فَأَبْغِضُوهُ ثُمَّ تُوضَعُ لَهُ الْبَغْضَاءُ فِي الْأَرْضِ»
Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir: “Allah bir qulu sevdikdə Cəbraili (ə.s.) çağırıb: “Mən filankəsi sevirəm, sən də sev,” – deyə səslənir. Cəbrail da əmrə tabe olaraq onu sevir. Sonra səma əhlinə: “Allah-Təala filankəsi sevir, siz də sevin,” – deyir. Səma əhli də ona məhəbbət bəsləyir. Beləliklə, yer üzündə həmin adama qarşı xoş münasibət yaranır. (Yer əhlinin qəlbində həmin adama qarşı sevgi hasil olur.) Bunun əksinə, Haqq-Təala bir qulu sevmədikdə Cəbraili (ə.s.) çağırıb: “Mən filankəsi sevmirəm, sən də sevmə,”– deyə əmr edir. Cəbrail da bu əmrə tabe olub həmin adamı sevmir. Sonra da: “Haqq-Təala filankəsi sevmir, bundan sonra siz də sevməyin!”– deyə səma əhlinə səslənir.Bu nidadan sonra dünyada insanlar da onu sevmir”. [Buxari, Ədəb 41, Tövhid 33; Müslim, Birr 157]
pan>“Uca Allah insanları Məhşər meydanında toplayacaq. Möminlər ayağa qalxacaq və Cənnət onlara yaxınlaşdırılacaq. Hz. Adəmin (ə.s.) yanına gəlib deyəcəklər: “Ey atamız! Uca Allaha niyaz et, Cənnətin qapılarını bizə açsın!” Həzrəti Adəm: “Sizi Cənnətdən çıxaran atanızın xətası olmadımı? Mən buna layiq deyiləm. Siz Allahın dostu (Xəlilullah) olan övladım İbrahimin yanına gedin,” – deyəcək. Bundan sonra Həzrəti İbrahimin yanına gedəcəklər, o da: “Mən buna layiq deyiləm. Mən (şəxsən) Ona xəlil olmaqdan çox uzağam. Siz Allahla birbaşa mükalimə edən Həzrəti Musanın yanına gedin,” – deyəcək. Onlar Həzrəti Musaya üz tutacaqlar. Həzrəti Musa onlara: “Mən də buna layiq deyiləm. Siz Allahın kəlamı və ruhu olan Həzrəti İsanın yanına gedin,” – deyə yol göstərəcək. Bundan sonra onlar Həzrəti İsanın yanına gələcəklər, O: “Mən də buna layiq deyiləm,” – deyib onları Həzrəti Məhəmmədin (s.ə.s.) yanına göndərəcək. O da dərhal ayağa qalxacaq və Ona şəfaət haqqı veriləcək. (Əmanət və qohumluq əlaqəsi göndəriləcək) və onlar Sirat körpüsünün sağ və sol tərəfində dayanacaqlar. Sizin ilk dəstəniz şimşək kimi keçəcək.
Əbu Hureyrə (r.a.) sual verir: “Atam-anam Sənə fəda olsun, şimşək kimi keçmək nə deməkdir?” Allah Rəsulu (s.ə.s.): “Heç şimşək görməmisiniz? Göz açıb yumunca keçib gedəcəklər. Sonra gələnlərin bəziləri külək kimi, bəziləri quş kimi, bəziləri qaçış yarışçıları kimi keçəcəklər. Onları Siratdan belə sürətlə keçirən əməlləridir”. Peyğəmbəriniz Sirat üstündə dayanıb belə deyəcək: “Ey Rəbbim, sağ-salamat çıxart, sağ-salamat çıxart”. Bir məqama çatandan sonra qulların əməlləri o qədər cılız olacaq ki, onları Siratdan keçirə bilməyəcək. Hətta yeriməyə taqəti qalmayıb sürünə-sürünə yol gedənlər olacaq. Siratın iki tərəfində haqqında əmr verilənləri tutmaq üçün asılmış çəngəllər var. Kimi (bu çəngəllərdən) yaralı vəziyyətdə qurtulacaq, kimisi də Cəhənnəmə yuvarlanacaq. Əbu Hureyrənin canı qüdrət əlində olan Allaha and olsun ki, Cəhənnəmin dibi yetmiş illik məsafə dərinliyindədir”. [Müslim, İman 329]
İzah: Həzrəti İsanın Allahın kəlamı və ruhu olması məsələsini belə anlamaq lazımdır: Allah-Təala bir şeyin var olmasını dilədikdə “Ol!” deyir, o da olur. Allahın əmrləri, kəlmələri sonsuzdur. İnsanları bir nizam əsasında ata və anadan yaradan Allah ilk insan Həzrəti Adəmi anasız və atasız xəlq etdiyi kimi, Həzrəti İsanı da qüdrət və hikmətinin bir təzahürü olaraq atasız var etmişdir. Beləliklə, ilahi iradənin mütləq olduğunu, heç bir nizama, qanuna məhkum olmadığını göstərmişdir. İlk dövrdə xristianlara Həzrəti İsanın Allahın əmri (kəlamı) ilə bakirə Məryəmdən yaradılması bəyan edilmişdi. Lakin sonralar onlar Ellinizm filosoflarından biri olan Filonun təsirinə düşüb kəlamı “Allahın kəlamı” (Loqos) mənasında qəbul etdilər. Beləliklə, Allahın Zatını və ya Kəlam vəsfinin Həzrəti İsanın şəxsində izhar etməsinə inanmağa başladılar. Bunu Kitabi-Müqəddəsə daxil edilmiş ilk üç İncillə təzad təşkil edən dördüncü Yuhanna İncilinin başlanğıcında da müşahidə edirik.
Allah Həzrəti İsanı Müqəddəs Ruhla (Ruhul-qüdslə) dəstəkləmişdir. Ali ruhani dəyərlər daşıdığı üçün burada da “Allahın ruhu” şəklində ifadə edilmişdir. Məqsəd onun ali fəzilətlərə sahib, bütün nöqsanlardan uzaq müqəddəs ruh və həqiqətlə və qüvvətli bəsirət gücü ilə təchiz edilməsini vurğulamaqdır. Lakin xristianlar yunan fəlsəfəsinin təsiri ilə bunu “Allahın Öz Ruhu”na çevirib onun Həzrəti İsada hulul (təzahür, təcəssüm) etdiyini iddia edərək mücərrəd üç üqnum inancını ortaya atmışlar. On səkkiz əsrdir, bu mücərrəd inancı şərh etməyə çalışan saysız-hesabsız təfsir və məzhəblər hələ də bir-birini ittiham edir. Bundan əlavə, Həzrəti İsanın ölüləri diriltmə möcüzəsinə istinadən “Ruhullah” adlandırıldığını irəli sürənlər də olmuşdur.