2. 285 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Qəzaya qalmış namazı camaatla qılmaq olar?
Cavab: Qəza namazını cammatla qılmaq mümkündür. Eyni vaxta aid olan qəza namazları, üsuluna görə camaatla da qılına bilər. Ancaq imam və camaatın qıldığı namaz eyni olmalıdır. Yəni eyni vaxt namazının qəzasını qılmalıdırlar.  

Rəsulullah (s.ə.s) Xeybər qəzvəsindən dönərkən insanlar yorğun olduğundan istirahət üçün dayanmış, Hz.Bilalı da növbətçi təyin etmişdi. Ancaq yorğunluqdan Hz. Bilalı yuxu aparmış və yatıb qalmışdı. Buna görə də, həmin gün heç kim səhər namazına qalxa bilməmişdi. Günəş yüksəldikdən sonra hamı dəstəmaz almış, Bilal (r.a.) əzan oxumuş, iki rükət sünnət namazı qılındıqdan sonra, iqamə gətirilərək iki rükətlik səhər namazının fərzini camaatla birlikdə qılmışlar.Bundan sonra Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

 “Sizdən biri yuxu səbəbi ilə və ya unudaraq bir fərz namazı qılmazsa, xatırladığı zaman onu dərhal qılsın…” (Müslim, Məsacid, 316; Malik, Muvatta, Vukut, 26; Əhməd İbn Hənbəl, III, 184, 216; bax. Tirmizi, Səlat, 16; Nəsai, Məvaqit, 53; İbn Macə, Səlat, 10).



Açar sözləri

camaat qeza namazı

Bənzər məqalələr

məscid namaz dua
Toplu halda zikr etmək olarmı?

Sual: Camaatla zikr etməyin bidət olduğu haqqında bir rəvayətin olduğu söylənilir. Bu rəvayət haqqında məlumat verə bilərsinizmi?

Cümə günü günortanı camaatla qılmaq

Sual: Cümə günü günorta namazını camaatla qılmaq olar?

Təkbaşına namaz qılana tabe olmaq

Sual: Təkbaşına namaz qılan şəxsin çiyninə toxunaraq ona camaat kimi qoşulmaq olar? İmamın hansı namazı qıldığını tam olaraq bilirsiniz və bundan əminsinizsə onun çiyninə toxunaraq camaat ola bilərsiniz. İmam əvvəlcədən “mən fərzə durdum sən arxadan gəl camaat ol” dedikdə ona tabe olmaq olar. Bunun xaricində aşağıdakılara diqqət eləmək lazımdır:  İmam və ona tabe olan şəxs […]

Namazı imamdan gec bitirmək

Sual: İmama tabe olan şəxs “təhiyyat”dan sonrakı duaları oxumadan imam salam versə nə etməlidir? Cavab: Rəsulullah (s.ə.s) müsəlmanları camaatla namaza təşviq edərək belə buyurmuşdur: “Camaatla qılınan namaz, təkbaşına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.”

Camaatla namaz qılmağın fəziləti

Camaatla namaz qılmaq Allah Rəsulu (sallallahu aleyhi və səlləm) və əshabının yolu ilə getməkdir ki, bu da möminləri onlar kimi birlik və bərabərliyə sövq edir. Onların yolu ilə addımlamaq arzu və istəyini artırır.


Şərh yaz