5. 145 dəfə oxunub ,   2 şərh   Çap et

Sual: Mən bir neçə ildir ki, namaza başlamışam. Ancaq əvvəllər qılmadığım namazların sayı çoxdur. Həmin namazları qəza etməliyəmmi?

Müsəlmanın ibadət həyatında namazın əhəmiyyəti çox böyükdür. Quranı-Kərimdə namazla əlaqədar əmrlər bir çox ayə var ki, başqa bir ibadət haqqında heç bu qədər ayə yoxdur. Namaz, Rəsullahın (s.ə.s) dövrü daxil, hər dövrdə dinin dirəyi olaraq qəbul görmüşdür. Peyğəmbərimiz (s.ə.s.) namazın iman və küfrü bir-birindən ayırdığını bildirərək, “küfr və şirk arasında namazı tərk etmək vardır” – buyurmuşdur.[1] Namaz mömin üçün əvəzolunmaz ibadətdir.

Sualı belə qoyaq: məsələn, 30 yaşına qədər heç namaz qılmayan şəxs, həmin yaşdan sonra yaradılış qayəsini idrak edərək namaza başlayarsa o günə qədər qılmadığı namazları nə etməlidir? Həddi-buluğ yaşının 15  yaş olduğunu qəbul etsək, geri qalan 15 illik namazların qəzası qılınmalıdırmı?

Sizin namaza başlamağınız sevindirici bir haldır. Əbədi qurtuluşumuzun qapısını dində görərək o qapınıdan içəri daxil olmusunuz. Digər tərəfdən indiyə qədər qəflətlə keçən ömrün verdiyi iztirab da sizi narahat edir.

Əvvəla, nə qədər namazın qəzaya qaldığını müəyyənləşdirmək lazımdır.

Həddi-buluğ yaşına çatdıqdan sonra nə qədər namaz qılmadığımızı hesabladıqdan sonra nəticəyə nəzər salanda qarşımıza 15 illik zaman çıxır. Deməli, on beş il müddətinə hər fərz namazdan sonra həmin namazın bir də qəzasını qılmalısınız. Bunun üçün bir dəftərçəyə qəza namazlarını qeydlərini aparmaq da olar. Mütləq bu şəkildə edilməlidir deyə bir qayda yoxdur, bəzi günlərdə bunun sayını artıra da bilərsiniz. Hətta fürsət olanda həmin namazların qəzasını qılaraq sayını azalda bilərik. Bezginlik yaranmasın deyə işə aramla davam etmək daha yaxşıdır. Həmçinin gün ərzində qılacağımız duha, əvvabin və s. kimi nafilə namazların yerinə də qəza namazı qıla bilərik.

Sünnə namazların yerinə qəza namazı qılma məsələsində iki fərqli görüş var. İmam Şafeiyə görə, bir insanın qəza borcu varsa rəvatib sünnə namazları da daxil olmaqla nafilə namazlarla məşğul olması doğru deyildir. Əbu Hənifə isə, hər ikisinin də əhəmiyyətinə diqqət çəkmiş, sünnət namazlarının sünnət olaraq, qəzaların da qəza olaraq qılınmasının gərəkliyini bildirmişdir. Rəvatib sünnət namazlarının fəziləti ilə əlaqəli hədislərə əsasən demək olar ki, həmin sünnət namazlarını qəzalara fəda etməmək daha məqsədəuyğundur. Çünki, hədislərdə axirətdə fərzlərdəki əskikliklərin nafilələrlə tamamlanacağı bildirilmişdir. Ancaq 30-40 illik qəza namazı borcu olan və bunu tamamlaya bilməmək qorxusu olanlar İmam Şafeinin görüşünə görə hərəkət edə bilərlər.

Qəza borcu olan, lakin bunu tamamlamağa ömrü vəfa etməyən şəxs isə Allahın Rəhmətinin genişliyinə həvalə edilmişdir. Hədislərdə rəvayət edilir ki, 100 adamı öldürən qatil, bu əməlindən ciddi peşman olmuş və bu səbəbdən də günahları bağışlanmşdır.[2] Ümid edilir ki, keçirilən peşmançılıq hissi qəza namazları günahlarının da bağışlanmağına vəsilə olar. Doğrusunu Allah bilir.

Nəticə etibarilə, əlimizdən gəldiyi qədər mövcud qəza borclarımızı azaltmağa çalışmalıyıq. Ömür vəfa etməsə, o biri tərəfdə boynumuzu bükərək: “Allahım, dünyaya göndəriliş qayəmi dərk etdikdən sonra gücüm ancaq bu qədərini etməyə yetdi. Sən bilirsən ki, ömrüm vəfa etsəydi hamısını qılacaqdım”- demək qalır. Ümid edək ki, Allah da: “Mən də bilirdim, hamısını tamamlayacaqdın, get səni bağışladım.”-deyərək bizləri rəhmətindən məhrum etməsin.

[1] Müslim, İman, 134.

[2] Buxari, Ənbiya, 54.



Açar sözləri

borc namaz qəza

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.


2 şərh yazılıb
  1. Alabina , 09/09/2014 tarixində, saat 08:09

    men anlamadim rukuya getmek secde demek deyil?2ci secde bes nedir axi oturub tesehhud oxunandan sonra secdeye niye gedilir?

  2. nura , 14/09/2014 tarixində, saat 20:09

    Allah yar və yardımçınız olsun inşallah!

Şərh yaz