Sual: Vəfat edən körpələr cənnətə gedirsə, onların dünyaya göndərilməyinin hikməti nədir?
Cavab: Həyatın min bir hikməti vardır. Bir İslam aliminin ifadəsilə həyatın bizə verdiyi fayda və hikməti bir cür, Allaha baxan tərəfi min cürdür. (Allahın yaratdıqlarındakı min hikmətdən biz yalnız birini görə və ondan faydalana bilirik). İnsanın bir dəqiqəlik həyatı belə Allah nəzərində çox qiymətlidir. Çünki, Allah insanı bir sənət möcüzəsi olaraq ən mükəmməl surətdə yaratmış, ona bir çox qabiliyyətlər vermiş, həmçinin məsuliyyətlər yükləmişdir. Buna görə biz məsələni, öz məhdud anlayışımıza görə qiymətləndirməməli, yaradılışdakı hikmətləri görməyə çalışmalıyıq.
Övladı dünyaya gələndə sevinən valideynlər, onu itirəndə kədərlənirlər. Bu vəziyyətdə əgər səbir etsələr bu onlar üçün axirətdə əvəzi veriləcək böyük bir mənəvi sərmayəyə çevrilər. Çünki, ədəbi olan axirət həyatında sevimli övladları ilə birgə olarlar. Valideynlər “bəlkə də övladımız böyüsəydi, cənnəti qazana bilməyəcəkdi” şəklində düşünməyə çalışmalıdırlar. Unutmamalıdılar ki, bəlkə uşaq bu fani dünyadan köçməsəydi, valideynlər və qohumları bu qədər axirətə bağlanmayacaq və əbədi həyatı itirəcəkdilər. Bəlkə də uşağın ölümü onların axirətə olan inamının daha da artmasına səbəb olmuşdur. Bu sadalananlar hikmətlərdən bir neçəsidir ki, bunun kimi bir çox hikmət düşünülə bilər.
(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.
Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?
Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.
Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.
Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.
yementac , 23/09/2014 tarixində, saat 04:09
Mənəviyyata açılan qapı silsilə məqalə və mövzularınız insanı düşünməyə vadar edir, çox maraqlıdır və bilmədiklərimizi əziyyət çəkmədən oxuyub bildiyimiz üçün allah sizdən razı olsun, Amin!
no name , 11/10/2016 tarixində, saat 00:10
Salam aleykum
(Bəlkə də uşağın ölümü onların axirətə olan inamının daha da artmasına səbəb olmuşdur)
7 yaxut 8 ilden sonram bir qiz evladim russiyada anadan oldu adini Medine qoyduq (bir paketin icine here oz istediyi adi yazdi elimi atdim menim adim cixdi mende o yazilan adlarin icinde Medine adini secdim)
bezi sebebden yash yarimda dunyasini deyishdi onun gozlerini elimle baglayanda kelime sehadet getirdim dunyaya baxshim o anda deyishdi uzun hekayedir yaza bilmerem hamsini bir cox sebebden hemde bilmirem insan yashamadiqi hadiseni derk edermi bilmirem
Sebr etdik birinci ayda Allah bize bildirdi evezinde bashqasini vereceyine adini Yunus qoymusham indi ikinci evladi gozleyirem hemd olsun Allaha
birinci usaqdan sonram bashladim Namaz qilmaqa orucumu tutdum siqareti icgini ve bashqa axmaq emelleri tulladim calishdim az esebleshim zekati vermeye bashladim yalanim az idi demek olar ki yoxdur uje) 10 ildir ki damno xestesiydim birinci ayimdir ki oyunlari da atdik kenara tulladiq birdefelik
umud edirem oz heyatimdan bir qisa yeri yazmaqla bu (Sual: Vəfat edən körpələr cənnətə gedirsə, onların dünyaya göndərilməyinin hikməti nədir?) vacab verdik qismen