6. 692 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Uşaqlar nə üçün çox sual verirlər və ya onların bu sualları qarşısında nə etmək lazımdır?

Cavab: Hər şeydən əvvəl onu deyək ki, uşaqlar ətraf mühiti daha çox öz “səyləri” ilə anlamağa çalışırlar. Bu baxımdan uşaqlar üçün bilavasitə gördüklərini anlamaq daha asan olur. Ancaq hadisələrin arxasında duran bəzi səbəbləri və ya görə bilmədikləri, ancaq eşitdikləri bəzi mücərrəd məfhumları anlamaqda çətinlik çəkirlər. Bunun üçün də bir böyüyün yardımına ehtiyac hiss edirlər. Yəni, onların sual vermələrinin səbəbi əslində içində yaşadıqları dünyanı tanımaq cəhdləridir.

Uşaqlar əsasən 3 yaşından sonra çox sual verirlər və bu proses təqribən 6 yaşına qədər davam edir. Bu dövrdən sonra suallarda müəyyən bir “seyrəlmə” müşahidə olunur. Bu dövrdə sualların çox olmasının ən mühüm səbəblərindən biri uşağın “mən” dövrünü yaşamasıdır. Yəni, uşaq bütün dünyanı öz pəncərəsindən görməyə çalışır və buna görə də, ondan kənarda baş verən hadisələri başa düşməkdə çətinlik çəkir. Sualların çoxluğunun başqa bir səbəbi isə bu dövrdə uşaqların hələ konkret düşünə bilməmələridir. Buna görə də, onlar ancaq konkret hadisələri anlaya bilirlər. Məsələn, uşaqlar varlıqlarını bildikləri, ancaq görə bilmədikləri şeylərlə bağlı daha çox sual verirlər. Məsələn, “Axşamlar günəş hara gedir?”, “Mən necə dünyaya gəldim?”, “Qarın rəngi niyə ağdır?” və s. kimi suallarla gördüklərini konkretləşdirərək başa düşməyə çalışırlar. Digər tərəfdən, yuxarıda da deyildiyi kimi uşaqlar bəzən hadisələrin arxasındakı səbəbləri bilmək istəyirlər. Məsələn, “Atam nə üçün evə həmişə gec gəlir?”, “Nənəm nə üçün məni sizin kimi öpmür?”, “Bu maşın nə üçün belə sürətlə gedir?” və s… Uşaqlar bu sualların heç birini necə gəldi soruşmurlar və təbii olaraq onları razı salan cavablar gözləyirlər. Belə hallarda uşağın suallarına laqeyd olmaq və ya istehza etmək çox təhlükəlidir. Digər tərəfdən, əgər valideyn suallara cavab verməkdə çətinlik çəkirsə, lazım gəlsə, kitablardan da istifadə etməlidir. Bununla yanaşı, uşağa cavab verərkən onun intellekt səviyyəsini və qavrama qabiliyyətini də nəzərə almaq lazımdır. Bəzən verdiyiniz cavablar uşağı razı salmaya bilər. Buna görə də, məsələni uşağın başa düşəcəyi bir səviyyəyə yaxınlaşdırmalı və lazım gəlsə, bir yox birdən çox misal verməlisiniz. Əgər uşaq “maraq dairəsindən kənar” suallar verirsə, ona dərhal sərt reaksiya göstərmək olmaz (məsələn, “Sən hələ uşaqsan”, “Sənə hələ belə suallar tezdir” və s. kimi). Çünki bu cür münasibət uşaqda maraq hissini daha da artıra bilər. Digər tərəfdən, uşağa “Biz buna indi cavab verə bilmərik” və ya “Biz bu sualın cavabını öləndən sonra öyrənəcəyik” kimi cavablar da vermək olmaz. Çünki konkret bir şeyi başa düşməkdə çətinlik çəkən uşağa ölüm və ölüm kimi konkret olmayan mücərrəd məfhumlardan bəhs etmək onun fikrini daha da qarışdıra bilər. Bunun əvəzinə uşağa anlaya biləcəyi aydın cavablar vermək lazımdır. Bəzən birbaşa cavab vermək əvəzinə uşağın düşünməsinə də şərait yaratmaq olar. Məsələn, uşağınıza “Bəs sən bu barədə nə düşünürsən?” kimi suallar verə və cavabı uşağınızla bir yerdə axtara bilərsiniz…



Açar sözləri

aile sual sual verirlər uşaq

Bənzər məqalələr

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.


Şərh yaz