Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara “məhrəm” deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:
“Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Nisa, 4/22-24)
Ayə bildirildiyinə görə aşağıdakı şəxslərlə evlənmək qadağandır:
Sadalanan kişi və qadınlar bir-birinin məhrəmidir, yəni onlara bir-biri ilə evlənmək həmişəlik haramdır.
“Nəsil (soy) birliyindən haram olanlar süd (əmmək) səbəbilə də haramdır.”[1] hədisi haram məhdudiyyətini daha ətraflı açıqlayır. Buna görə süd ananın “üsul” (ata-ana, baba-nənə…) və “fürusu” (uşaqlar, nəvələr…) ilə süd əmən övladın evlənməsi haramdır. Həmçinin həmin qadından süd əmən başqaları ilə də evlənə bilməz.
“Əhli-kitab olan qeyri-müslimlərə gəldikdə isə, bunlardan qız almaq caizdir; müsəlman kişilər yəhudi və xristian qadınlarla evlənə bilərlər” (Maidə, 5/5).
“Ancaq bunlara qız vermək caiz deyil; yəni müsəlman qadınlar müşrik və dinsizlərlə evlənə bilməyəcəkləri kimi, yəhudi və xristian kişilərlə də evlənə bilməzlər.” (Bəqərə, 2/221; Mümtəhinə, 60/10)
Müsəlman qadın müsəlman olmayan kişi ilə evlənərsə, onun yaşayışını, həyat tərzini mənimsəyəcək, dünyaya gətirəcəyi uşaqlar da ehtimal ki, atanın dininə tabe olacaqlar. Bundan başqa qadının dini həyatı da təhlükə altında qalacaqdır.
Müsəlman kişi qeyri-müsəlman qadınla evləndiyi təqdirdə həm onun hidayətə qovuşması ehtimalı artacaq, həm də dünyaya gələcək uşaqlara ata hakim olacaqdır.
Əvvəllər zina etdiyi bilinən, lakin buna davam etməyən mömin qadın və kişi ilə evlənmək məkruh olmaqla yanaşı, nikah əqdi səhih (mötəbər) sayılır. Alimlərin əksəriyyəti bu fikirdədir.[3]
[1] Buxari, Nikah, 20, 27, 117; Müslim, Riba, 1.
[2] Buxari, Nikah, 27; Müslim, Nikah, 33.
[3] Şevqani, Neylul-əvtar, VI, s. 156; Elmalılı Hamdi Yazır, Təfsir, s. 3478.
Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?
Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.
Qohum-əqrəbadan kimlərə baş çəkəcəyinizi bilin. Çünki silei-rəhm qohum-əqrəba arasında sevgiyə, mal-mülkdə bolluğa, ömrün uzanmasına səbəb olar.
Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.
(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.