3. 679 dəfə oxunub ,   0 şərh   Çap et

Qadınlara on üç sual

  1. Həyat yoldaşınızla dünyagörüşünür və fikirləriniz (elmi səviyyəniz) düz gəlirmi?

Məsələn, Onun oxuduğu qəzet, jurnal və ya kitabı maraqla oxuyub başa düşə bilirsinizmi? Dini və elmi mövzularda fikir mübadiləsi aparırsınızmı? Hər hansı qəzet xəbəri və ya lətifə haqqında özünüzə xas fikriniz olurmu?

  1. Dini mükəlləfiyyətlərinizi və ibadətlərinizi yerinə yetirirsinizmi?

Məsələn, namazları vaxtında qılmaq, hicab bağlamaq kimi dinin əmrlərinə riayət edirsinizmi?

  1. Həyat yoldaşınızın qonaqları gələndən sevinir yoxsa narahat olursuz?

Yəni gələn qonaqlara lazımi qonaqpərvərlik göstərdiyiniz təqdirdə ərinizin buna sevinəcəyini düşünürsünüzmü?

  1. Gecə həyat yoldaşınızdan sonra yatır, səhər ondan əvvəl qalxırsınızmı?

Məsələn, həyat yoldaşınız yoğrun olanda onu səhər namazına siz oyadırsız, yoxsa o, oyananda siz yatmış olursuz?

  1. Dəcəllik edən uşağınızı ərinizin yanında döymədən dayana bilirsinizmi?

Yəni başqasının yanında uşaq döyməyin həmin şəxsi təhqir etmək olduğunu qəbul edirsinizmi?

  1. Həyat yoldaşınızın işə getdiyi saatı bildiyinizə görə səhər yeməyini hazırlayıb, o işə gedəndən sonramı evi təmizləyirsiniz?
  2. Ərinizin paltarının təmiz, düymələrinin yerində, ciblərində söküyün olub olmadığına onda xəbərsiz yoxlayır və gərəkənləri edirsinizmi?
  3. Həyat yoldaşınız əsəbi olanda ona qarşı anlayışlı və səbirli rəftar edə bilirsinizmi? Onun əsəblərini sakitləşdirmək üçün əlinizdən gələni edirsinizmi?
  4. Ərinizin xoşuna gəlməyən qonşular sizin xoşunuza gəlmir və getmək istəmədiyi yerlərə sizə də getmədən daya bilirsinizmi? Yəni həyat yoldaşınızı narahat görəndə siz də narahat olur, sevincli olanda siz də sevinirsinizmi?
  5. İki könül bir olsa tez tapar dalda yeri (Atalar sözü). Ailə səadəti evin dekorasiyası və mebelində deyil. Bu fikirlə razılaşırsınızmı?
  6. Həyat yoldaşınız dinlə daha çox məşğul olanda həyatınızdakı xoşbəxtlik də bir o qədər artır. Bu fikri qəbul edirsinizmi?
  7. Ərinizin işdən evə gəldiyi saatlarda onu qarşılamaq üçün hazırlaşır və ona daha gözəl görünməyə çalışırsınızmı?
  8. Ailənizdə iş bölgüsü varmı? Varsa evin içərisindəki işləri siz, xaricindəki işləri də həyat yoldaşınızın görməsi haqqında razılığa gəlmisinizmi? Əriniz işdən stresli gələndə onu evdəki qayğılarla narahat etməkdən çəkinirsinizmi?

Bəli, əziz qadınlar suallarımız bunlardı. Bu suallardan ilk ikisi beş ballıqdır. Digər sualların hərəsi bir baldır. Siz bu suallardan neçəsinə “bəli”, neçəsinə də “xeyir” cavabı verə bildiniz? Əgər ilk iki suala bəli deyə bilmisinizsə sizi təbrik etmək olar. Çünki artıq on bal qazanmısınız. Ancaq

  1. Sualların hamısına bəli deyə bildinizsə siz qalibsiniz və sizi təbrik edirik.
  2. Yarıdan çoxuna bəli demisinizsə, deməli, vəziyyətiniz yaxşıdır.
  3. Yarısına bəli demisinizsə, bacarıq və qabiliyyətləriniz normaldı.
  4. Yarıdan azına bəli demisinizsə, digər bəndlərə də bəli demək üçün əlinizdən gələni etməyə və müəyyən qabiliyyətlərinizi inkişaf etdirməyə ehtiyac var.



Bənzər məqalələr

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Həzrət Hafsa

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


Şərh yaz