Cin sözünü eşidəndə ürpəririk. Bu səbəbdən də cin sözünün əvəzinə üç hərfli varlıqlar ifadəsindən istifadə edirik. Cin deyəndə həmin varlıqlar yanımıza gəldiyini düşünürük. Bu varlıqların insanlarla ortaq bir çox xüsusiyyətləri var. Əsas fərq ondan ibarətdir ki, biz onları görmədiyimiz təqdirdə, onlar bizi gözə bilirlər. Onlar təkcə adının çəkildiyi yerdə yox, hər yerdə ola bilirlər. Cin sözü əvəzinə üç hərfli varlıq deməklə isə sadəcə özümüzə təsəlli vermiş, psixoloji olaraq narahatlıqdan qurtulmuş oluruq.
Quran bizə cinlərin varlığından xəbər verir. Rəsulullahın (s.ə.s) insanlara və cinlərə peyğəmbər olaraq göndəriləməsi də onların varlığını isbatlayır. Ancaq Rəsulullah (s.ə.s) cinlərin də peyğəmbəri olmasına baxmayaraq bəzi insanlar kimi əsla onların gücündən istifadə etməmişdir. Cinlərin içərisində də mömin, kafir və başqa dinlərə mənsub olanlar vardır. Əsasən kafir olan cinlər insanları narahat edirlər. Bədəninə girərək insanı müxtəlif vəziyyətlərə düşməsinə səbəb olurlar.
Bəs görəsən cinlər insan bədəninə necə daxil olurlar? Bəzi insanlar cindarlıqla məşğul olanların yanına gedərək sehr və cadu yolu ilə kafir cinlər vasitəsilə başqalarını narahat edə, həmin cinləri kiməsə ürcah edə bilirlər. Cinlər də üzərinə göndərildiyi insanı dəli edə, ər və arvadı bir-birindən ayıra bilirlər. Təbii ki, hər iki əməllə məşğul olmaq İslamda böyük günah sayıldığından bununla məşğul olanlar da günah işləmiş sayılır. Sehr və caduyla məşğul olanlar axirətlərini də təhlükəyə atırlar.
Cinlər özləri də heç bir vasitə olmadan insanı narahat edə, onu incidə bilirlər. Bu isə daha çox onların məskunlaşdığı məkanlarda gerçəkləşir. Belə ki, cinlər daha çox zibilliklərdə, körpülərin altında, naxoş, natəmiz yerlərdə məskunlaşırlar. Məhz bu kimi məkanlarda diqqətli olmalı, məcbur olmadıqca həmin məkanlardan uzaq durmağa çalışmalıyıq.
Üç hərflilər varlıqlar haqqındakı maraqlı xüsuslardan biri də onların necə görünməsi ilə əlaqəlidir. Cinlərin mahiyyəti haqqında Quranı-Kərimin Rəhman surəsinin 15-ci ayəsində belə buyrulur: “(Cinlərin əcdadını) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.” Lakin bu odun mahiyyəti haqqında bir o qədər də məlumatımız yoxdur. Nəzərə alsaq ki, insan da torpaqdan yaradılıb. Ancaq görünüşü torpağa oxşamır. Buna görə də cinləri də od kimi təsəvvür etmək doğru deyil. Çünki onların mahiyyətini xəyal etmək mümkünsüzdür.
Cinlər bir çox xüsusiyyətləri ilə insanlara oxşayırlar. Məsələn, onlar da bizim kimi Allaha ibadət etməklə mükəlləfdirlər. Necə ki, Zariyat surəsinin 56-cə ayəsində “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” buyrulmuşdur. Ayədən anlayırıq ki, onlar da axirətdə bizim kimi etdiklərindən sorğu-sual olunacaq və bu dünyadakı əməlləri nisbətində mükafat və ya cəzasını alacaqlar.
Cinlərin insanlarla ortaq xüsusiyyətlərindən biri də insanlar kimi evlənib çoxalmalarıdır. İnsanlarla cinlərin də evləndiyini iddia edənlər belə olmuşdur. Lakin bu fikir qəbul edilmir. Ona görə ki, cinlər də insanlar kimi qidalanırlar. Ancaq onların qidaları insanlardan fərqli olaraq çörək və qıda qırıntıları, zibilliyə atılan maddələr, bədəndən xaric olanlar və orqanizmdəki bakteriyalardan ibarətdir. Buna görə də insan cinlərdən uzaq durmaq və qorunmaq üçün təmizliyə son dərəcə fikir vermək məcburiyyətindədir.
İnsanlarla onlar arasında oxşarlıqlarla yanaşı fərqliliklər də var. Belə ki, cinlər heyvan və insan surətində görünə bilirlər. İlan, əqrəb, qaramal və quş cildinə girirlər. Necə ki, Rəsulullah (s.ə.s) da Nəhlə vadisində onları beyətə dəvət edərkən əqrəb, ilan və ya hər hansı heyvan surətində görünməmələrini, öz surətlərində və ya başqa münasib canlı surətində görünmələrini istəmişdir. Rəsulullah (s.ə.s) bizlərə “Evinizdə həşərat görəndə ona üç dəfə “Allah rizası üçün get” deyin. Ola bilsin ki, o cinlərdəndir. Əgər getməsə bilin ki, o cin deyil. Sizə zərər verəcəksə öldürə bilərsiniz” tövsiyəsini edir[1].
Onları insanlardan fərqləndirən əsas amillərdən biri də bir çox yerdə olmaq və insanlara təsir etmək qabiliyyətləridir. Necə ki, cinlərdən olan İblis cənnətin xaricində olmasına baxmayaraq ilk insan Hz. Adəm cənnətdə olduğu halda ona təsir elədi. Onların insanlara təsiri də ancaq Allahın izni ilə mümkündür. Xülasə, cinlər insanlara zərər vermək üçün yox, Allaha qul olmaq üçün yaradılan varlıqlardır. Onların bizə zərər verməyini istəmiriksə təmizliyə fikir verməli, əvradu-əzkarımıza (mütamadi olaraq oxunan dua və zikirlər) və ibadətimizə diqqət etməliyik. Unutmamalıyıq ki, Allaha sığınan heç bir varlığa, O istəmədikcə heç kim zərər verə bilməz.
Cinlərdən qorunma yolları
Cinlərdən qorunmaq üçün tez-tez Bismillah çəkmək və Allaha sığınmaq lazımdır.
Təmiz və dəstəmazlı olmağa çalışmalıyıq. Rəsulullah (s.ə.s) da həmişə dəstəmazlı olmağa çalışmışdır.
Oturduğumuz və yatdığımız yerlərdə çörək, günəbaxan tumu kimi hər hansı qida qırıntısı və ya kəsilmiş dırnaq, tük olmamalıdır.
Rəsulullah (s.ə.s) cinlərin şərindən qorunmaq üçüb yatmazdan əvvəl Ayətül-kürsi, İxlas, Fələq və Nəs surələrini oxuyub ovucuna üfləyər, sonra da bədəninə çəkərdi. Bunu üç dəfə təkrarlayardı.
[1] Əbu Davud, Ədəb 162; Əhməd ibn Hənbəl, Müsnəd, III, 27.
Şeytanı sevindirən xəbər (Hekayə)
Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?
“Əraf” surəsinin 179-cu ayəsinin hikməti nədir? Əgər insanların çoxu cəhənnəmə gedəcəksə və Allah Təala da bunu əvvəlcədən bilirdisə, o zaman bu qədər insanı Cəhənnəmə gedib əziyyət çəkməsi üçünmü yaratdı?
Sual: İblis mələklərdən yoxsa cinlərdəndir? Mələklərdən idisə niyə Allahın əmrinə boyun əymədi? Cavab: Quranda buyrulur “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.”
Metafizik varlıqlardan biri də cinlərdir. Cin kəlməsi ərəbcə “örtülü” və “bağlı” mənalarına gəlir. Həmin kəlmə ilə eynikökdən törəmiş bir çox söz mövcuddur.