15. 135 dəfə oxunub ,   0 şərh   Çap et

   Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur?

   Cavab: İnsan bu dünyada müsafirdir. Dünya imtahan dünyasıdır, bu həyat bir çox sınaq və imtahanlarla doludur. Dünya həyatında qarşlılaşdığımız sevinc-kədər, bolluq-darlıq və onlara olan münasibətimiz bizi əbədi aləmdəki yerimizə hazırlayır. Başlıca imtahan ünsürlərindən biri də övladlarımızdır. Övladlar insan üçün tamamilə fərqli bir nemət və fərqli bir imtahandır.

   Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

   Ana üçün bu imtahan hamiləlik dövrünün ilk günlərindən başlayır. Hər ana öz ruh aləmində uşağın aldığı havada belə öz payının olduğu qənaətini daşıyır. Çünki onun yediyi bir loğma çörək, içdiyi bir qurtum su qarınında bölünür və hər ikisinin də qidası olur. Sonrakı dövrlərdə onu bəzən çiynində, bəzən qucağında yenə də ana daşıyır. Gecələr övladından ötrü yuxusuz qalır. Hər an uşaq pilləkəndan sürüşüb yıxılar, balkondan düşər, elektrikə toxunar, isti suyu başına tökər və ya sobaya yapışıb yanar deyə narahat olur və övladını düşünür.

   Unutmamaq lazımdır ki, övlad Allahın insana verdiyi bir əmanətdir və vaxtı gələndə də geri alacaqdır. Əgər ona yaxşı baxılar, gözəl tərbiyə verilər və başqalarına faydalı insan olaraq yetişdirilərsə, onunla bağlı imtahan qazanılmış olar. Lakin insan, əsl yaradanın Allah olduğunu unudar, uşağa özündən bir parça mülahizəsi ilə baxar və bundan həzz alar, Rəbbinə təvəccöh etməsi gərəkirkən, bütün  sevgisini və diqqətini uşağa yönəldərsə, bu imtahanda uduzmuş olar. “Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)” (Əraf, 7/190)

   Başqa bir ayədə isə övlad dünya malı ilə birlikdə imtahan ünsürü olaraq zikr edilmişdir:

“Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!” (Təğabün, 64/15)

  Ayələrə nəzər saldıqda görürük ki, hər şeydə Allahın razılığını axtarmaq və Ona yönəlmək, digər şeyləri də ikinci dərəcəli olaraq qəbul etmək çox əhəmiyyətlidir. Həyatını bu istiqamətdə davam etdirənlər imtahanı qazanarkən, digərləri isə o bir tərəfdə, Axirət yurdunda əliboş qalacaqlar. Həmçinin bu dünyada da Rəbbini unudaraq amal və arzularını övladlarına görə bina edənlər adətən bunun əksi ilə qarşılaşır və dünyaları başlarına yıxılır. Bu ifadələrdən dünyanı və ailə üzvlərini tamamilə tərk etmək mənası çıxarılmamalıdır. Əldə olan bütün nemətlər kimi övladımıza da Allah Təalanın bizə verdiyi əmanət kimi baxılmalıdır. Rəbbimizin bəxş etdiyi digər nemətlərlə birlikdə, ailə üzvlərinə də sahib çıxmalı və bu dəyərli əmanətə xəyanət edilməməlidir.

   İslam dini uşaqlarla əlaqəli ana-atanın üzərinə üç mühüm vəzifə yükləmişdir: gözəl ad qoymaq; yaxşı təhsil vermək; vaxtı gələndə evləndirmək və ya ərə vermək. Bu vəzifələri çox yaxşı dərk etmək lazımdır. Çünki bu vəzifələr bütöv bir ömrü əhatə edir. Buna görə həkimlərin beşikdəki körpəyə qida cədvəli tətbiq etdikləri kimi, ana-ata da uşaqlarının yaş və idrak səviyyələrinə görə onların təhsilinə diqqət yetirməlidir. Onu evlənmə yaşı gəldikdə isə həyat yoldaşını seçmədə rəhbər olmalı, yol göstərməlidir. Rəsulullahın (s.ə.s) tövsiyyəsini əsas almalı, həyat yoldaşını seçərkən sərvəti, gözəlliyi və soyu deyil, seçimdə dini həyatı, mənəvi saflığı və gözəl əxlaqı birinci amil olaraq qəbul etməlidir.

   Uşağı tərbiyə etmə mövzusunda da onunla aradakı pərdəni saxlamaq mühüm əsaslardan biridir. Bir tərəfdən təmkin və ciddilik mühafizə edilərkən, digər tərəfdən onun sevinc və kədərini paylaşmaq da çox əhəmiyyətlidir. Ana-ata təmkin və ciddiyyəti qorumadan onunla sadəcə uşaq kimi davranar, oyun oynayar, məsafəni qorumazsa daha əhəmiyyətli mövzularda uşağa təsir edə bilməz. Belə bir atmosferdə yetişən uşaq pis davranış nümayiş etdirə və hətta həyasızlaşa bilər. Bu baxımdan istər öz uşaqlarımız olsun, istərsə tərbiyə etmək üçün bizə etibar edilmiş uşaqlar olsun, onların yaxşı tərbiyə almalarını istəyiriksə, onlarla aramızdakı məsafə daim qorunmalıdır.

   Uşaqlar kiçik yaşlarından özlərini kiməsə bənzətməyə çalışır, daim özünə ideal prototip axtarma ehtiyacını hiss edir. Əsasən ana-ata uşağın nümunə olaraq seçdiyi insanlardır. Böyüdükcə öz ailəsində axtardığı ideal modeli tapa bilməyən uşaq kənara yönəlir. Bu da onun mənəvi dünyasında ziddiyyətlərə səbəb olur. Axtardığı idealı ailəsində tapan uşaq isə xoşbəxt və dinc bir həyat yaşayır.

“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!”. (Təğabün, 64/14)

Deməli, mal və övlad bir yönü ilə potensial düşmən, digər yönü ilə dostdur. Bunlar Allah yolunda dəyərləndirilsə, insan onlar vasitəsi ilə həm dünyasını, həm də axirətini abad edər.




Bənzər məqalələr

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.


Şərh yaz