7. 738 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Tərkibində spirt olan dərman içməyin hökmü nədir?

Cavab: Rəsulullah (s.ə.s) bir hədisində buyurur, “Çoxu haram olan şeyin azı da haramdır. Allah haram buyurduğu şeylərdə şəfa yaratmamışdır.”[1] İçkini nəzərdə tutaraq: “O dəva deyil, dərddir.”[2] ˗ buyurmuşdur. Spirtli içki içmək haramdır. Əgər müalicə üçün başqa dərman yoxdursa, ancaq tərkibində spirt olan dərmanı içmək kimi zərurət varsa içərisində az miqdarda spirt olan sirop və ya başqa dəmranları içmək olar. Çünki, burada məqsəd spirtli içki yox, sağalmaq üçün dərman içməkdir. Spirt yeməyə və ya suya qatılaraq içildiyi təqdirdə isə, bu haramdır.

Tibbi spirtdən antiseptik vasitə kimi istifadə edilə bilər.


[1] Əbu Davud, Tibb,11
[2] Müslim, Əşribə, 2


Açar sözləri

dərman sirop spirt tərkib

Bənzər məqalələr

Qulaq yudurmaq orucu pozurmu?

Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.

Dilaltı həblər orucu pozurmu?

Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.

Spritli ətir tökülən paltar

Sual: Spirt və spirt tərkibli ətirlər murdar sayılırmı? Həmin maddələr bulaşan paltarla namaz qılmaq olarmı?

“Dərman içdim, sağaldım ?!”

Sual:”Dərman içdim, sağaldım” kimi cümlələrin işlədilməsi düzgündürmü? Bu, qədərə, taleyə aid mövzudur. Qədərə inanan adamın hər anı “Allah görür”  düşüncə və imanı ilə keçir. Qurani-Kərimdə: “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”[1]– buyurulur. Bizim hər cür işlərimizi, əməllərimizi yaradan Allahdır. Allah izni ilə yeyir, içir, yatıb-qalxır, düşünür və danışırıq. Əslində, məxluq, yəni yaradılmış nə […]


Şərh yaz