7. 010 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Oruc tutanların Cənnətə “Rəyyan” qapısından girəcəyi bildirilir. Bəs oruc tutmayanlar Cənnətə girə bilməyəcək?

Cavab: Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur:

Cənnətdə “Rəyyanadlı qapı var. Qiyamət günü həmin qapıdan ancaq oruclular daxil olacaq, onlardan savayı heç kim girməyəcək. “Oruclular hardadır?” – deyə səslənəcəklər. Onlar da həmin qapıdan daxil olacaqlar. O qapıdan onlardan başqası girə bilməz. Oruclular girəndən sonra həmin qapı bağlanacaq.[1]

Cənnətə girəcək bütün möminlərin oruc tutduğunu söyləmək çətindir. Çünki müsəlman olub oruc tutmadığı halda, əfv edilərək Cənnətə girənlər də ola bilər. Həmçinin, oruc tutacaq yaşa çatmadan ölənlər də bu qapıdan girməyə bilərlər. Allah xüsusi lütfü olaraq Rəyyan qapısını sadəcə oruc tutanlara vəd etmişdir. Ancaq Cənnətin birdən çox qapısı var. Bir çox müsəlman da bu qapılardan Cənnətə girə biləcəklər.

Cənnətin səkkiz qapısının olduğu bildirilir: Namaz qapısı, Rəyyan qapısı, sədəqə/zəkat qapısı, xeyir qapısı, tövbə qapısı, qəzəblərinə hakim olaraq insanları bağışlayanların qapısı, riza qapısı, hesaba çəkilməyənlərin qapısı…

Bu qapıları eşidən Həzrət Əbu Bəkr:

Ya Rəsulullah! Bir insanın bu qapıların hamısından çağırıla bilərmi?” deyə soruşanda “Bəli, sənin də onlardan olacağını ümid edirəm.” Cavabını aldığı nəql olunmuşdur.“[2]


[1] Buxari, Savm 4; Müslim, Siyam 166. Nəsai, Siyam 43.
[2] Buxari, Savm 4; Muslim, Zəkat 85


Açar sözləri

qapı Ramazan rəyyan

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz