Rəhman və Rəhim Allahın adı ilə! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Allahım! Nə olar, sədaqət, xalis niyyət, ixlas, güclü iradə, xuşu, heybət, həya, müraqəbə, nur, yəqin, faydalı elm, mərifət, güclü hafizə bəxş eylə. Günahlardan qoruyacaq dərəcədə ismət, İslamı yaşamaqda eşq-şövq, güc, nəşə, hüzur ver. Bizlərə uca dərgahında əfvə layiq […]
فَاذْكُرُون۪ي أَذْكُرْكُمْ وَاشْكُرُوا ل۪ي وَلَا تَكْفُرُونِ Siz Məni zikr edin ki, Mən də sizi yada salım! Mənə şükür edin, əsla nankorluq etməyin! {“Bəqərə” surəsi, 2/152} لَئِنْ شَكَرْتُمْ لَأَز۪يدَنَّكُمْ Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. {“İbrahim” surəsi, 14/7} وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَم۪ينَ Onların Cənnətdəki duası “Əlhamdu lilləhi rabbil aləmin” (“Həmd olsun aləmlərin […]
“Nəfl” kökündən yaranan nafilə kəlməsi lüğətdə “haqq edilən miqdara və ya paya əlavə olunan, artırılan, artıq” kimi mənalara gəlir; Fiqhdə nafilə, dinin fərz və vacib hökmündə olmayıb, mükəlləfdən yerinə yetirməsini gözlədiyi hər hansı maddi və bədəni ibadətə deyilir.
Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.
İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.
Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.
Rəbbimiz bizi bizdən daha yaxşı tanıyır. Bizə bəxş etdiyi nemətlərə qarşı şükür etməmiz, qul olduğumuzun fərqinə varmamız, qəflətimizi dağıdıb və qüsurlarımız üçün əfv diləməmiz yaradılış qayəmizdir. İnsan başqa bir şey üçün deyil, Allaha ibadət üçün yaradılmışdır.[1] Buna görə Allah Təala günün iyirmi dörd saatının hamısını deyil, müəyyən hissəsini Ona (Cəllə Cəlaluhu) qulluq üçün ayırmamızı istəmişdir. […]
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
“Kim israrla daim tövbə edər və onu xarakterinin ayrılmaz parçasına çevirərsə, Allah ona hər sıxıntıdan bir çıxış qapısı, hər kədərdən bir qurtuluş çarəsi göstərər və heç ummadığı yerlərdən ruzi verər”.
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
Namazlardan sonra edilən təsbihat və dualar, namaza daxil olmasalar da məqbul ibadətlər arasında yer aldığından müstəhəbdir.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.
Dua Allahla qul arasında qüvvətli bir bağdır.
Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.
Ən gözəl dualar Rəbbimizin Quranda bildirdiyi, sonra da Peyğəmbərimizin etdiyi dualardır. Burada Allah Rəsulunun ən çox etdiyi dualar arasından hər günə bir dua, yəni 30 dua vermək istəyirik:
Röya əsrlər boyu insanlara ən çox diqqətini, marağını cəlb edən mövzulardan biridir. Ən qədim dövrlərdən bəri yuxuların mahiyyətini araşdırmışlar. Röyan, “misal aləmindəki qədərlə əlaqəli lövhələrin, eyniylə və ya fərqli formada yuxu halında ruhumuza əks etməsidir.”
Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Nəzər, bəyənilən bir şeyə qısqanclıqla baxmaq və zərər verəcək şəkildə ona təsir etməkdir. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Nəzərdən Allaha sığının. Çünki nəzər həqiqətdir.”
“Bir şəxs istiğfarı dilindən düşürməsə, Allah Təala ona hər çətinlikdən bir çıxış, hər üzüntüdən bir qurtuluş yolu göstərər və ona gözləmədiyi, heç ummadığı yerdən ruzi yetirər.”