Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

10. 869 dəfə oxunub 0 şərh yazılıb
Kimlərlə evlənmək olmaz?

İslam dininə görə, ailə qurmaq insanın əsas haqlarından biridir. Dinimiz evliliyə təşviq etmişdir. Ancaq dinimizə görə, müəyyən şəxslərlə evlənmək haramdır.

14. 153 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cünub olan ana körpəsini əmizdirə bilərmi?

Cünub olan ana südəmər körpəsini əmizdirə bilərmi? Cünub olan ana südəmər körpəsinə süd əmizdirə bilər. Ancaq yaxşı olar ki, ana uşağa döş vermədən əvvəl döş gilələrini su ilə yusun.

2. 877 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Övladın vəzifəsi

nasının üzünə ağ olan bir gənc əvvəlcə onu döyüb incidir. Bununla ürəyi soyumayıb onu bıçaqla doğrayır. Bu vaxt bıçaq əlini kəsir və qeyri-ixtiyari: “ay ana!” – deyir. Onun bu fəryadını eşidən ananın ürəyi də “can bala!”: – deyib oğlunun barmağına sarılır. Ata-analar həmişə belədir. Uşaqlarını döyüb incitsələr də, bərk-bərk danlasalar da, dillərindən ancaq “can bala!” kəlməsi yüksəlir.

15. 957 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Həm valideyn, həm də pedaqoq olun

Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu “şikayətləri” eşidirik: “Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. “Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. “Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz.

5. 177 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ata-ana haqqı

Hər bir insan ata və ana adlı o iki uca varlığa hörmət etməyə borcludur. İslam ata və anaya böyük dəyər verir. Ancaq müasir dövrdə bir çox dəyərlər kimi, valideynlərə sayğı və hörmət də yavaş-yavaş sıradan çıxmaqdadır. Bəzi övladlar ömrünü onların yolunda şam kimi əridən valideynləri ağır bir yük kimi görürlər. Halbuki nə edirlər-etsinlər, onların borcunu qaytara bilməzlər.

34. 276 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Gəlin-qayınana

Gənc qızlarımızın şüuraltı fikirlərini hələ bir qurdalayın, evlilik xəyallarından söhbət edin, “oğlan yaraşıqlıdır, amma anası ilə birlikdə istəmirəm” dediklərini eşidəcəksiniz. Nə üçün? Bunun səbəblərini təhlil etmək istəmirəm, ancaq bir neçə əsas amili saya bilərəm; patriarxal ailədən az tərkibli ailəyə keçid, telekommunikasiya vasitələrinin başgicəlləndirən inkişafı ilə mədəni deformasiya, bir vaxtlar həyatımızın yeganə istiqamətvericisi olan dinin və onun ali dəyərlərinin həyatımızdan silinməyə başlanması, dünya və axirət həyatına baxışımızın dəyişməsi və s.

7. 201 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Uşaqlara qarşı mərhəmət və şəfqətin meyarı

Uşaqlara qarşı mərhəmət və şəfqətin ən səmərəli metodu nümunə olmaqdır. Uşaqların şəfqət hissini irsi yolla əldə etməsi də mümkündür. Məsələn, bəzi uşaqlar hələ kiçik yaşdan kövrək olurlar. Bu hal onların daha sonralar bir az həssas, incə, ürəyiyuxa olacağından xəbər verir.

3. 120 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İki müqəddəs varlıq – ana-ata

Əfsuslar olsun ki, əksər dəyər ölçüsünün unudulduğu, ailə və cəmiyyət əsaslarının yerlə-yeksan olduğu belə bir dövrdə bu ümumi aşınma ana-ata hüququndan da yan keçməmişdir. Dövrümüzün ərköyün nəsilləri ən hörmətə layiq iki müqəddəs varlığı (ana-ata) yük kimi görməyə başlamışdır. Əslində, yük olan onlar deyil, dünyaya gələndən bəri ana-atanın çiyinində gəzən və onların qucağında böyüyən övladlardır, ancaq […]

9. 440 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin