Cünub olan yəni qüslu pozulan şəxs ilk fürsətdə yuyunmalıdır. Bir insan qəlbində iman olduğu halda qüslsuz ölsə də axirətə imanla köçmüş sayılır. Allah Rəsulu (s.ə.s.) Uhud döyüşündə cənabətli (qüslsüz) şəhid olan Hanzala ibn Amrın (r.a.) mələklər tərəfindən yuyulduğunu bildirmişdir.
Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.
Axirət ölümlə başlayıb sonsuza qədər davam edən həyatın adıdır. Bərzəx aləmi adlanan qəbir həyatı da axirətin bir dayanacağıdır, əsl axirət həyatı isə Qiyamət qopandan sonra başlayacaq və sonsuza qədər davam edəcək. Qiyamətlə birlikdə dünya həyatı da sona çatacaq və Allah bütün insanları yenidən dirildib məhşər meydanında