Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi… Ata və oğul tilovu yenidən […]
Balaca uşaq sahildə oturmuş, gözlərini uzaq bir nöqtəyə zilləmişdi. Artıq bir saat idi ki, dənizə baxırdı. Onun bu vəziyyəti sahildə balıqçıları gözləyən qocanın da diqqətini cəlb etmişdi. Qoca yavaş-yavaş ona yaxınlaşdı: “Hər vaxtın xeyir, igid!” – dedi, – “Bu gün dəniz çox gözəldir, elə deyilmi?” Uşaq dalğın nəzərlərlə dənizə baxmaqda davam edirdi.