Başıaçıq qadın oruc tuta bilərmi?

Dinimizdə ibadətlər müəyyən qaydalara uyğun yerinə yetirilir. Bu mənada oruc tutmaq üçün başın bağlı (örtüklü) olması kimi bir şərt yoxdur. Başıaçıq qadın oruc tuta, hər cür ibadətini edə bilər. Bu ibadətlərin savablarını da qazanar. Baş açmağın günahı ayrıdır. Bir ibadəti yerinə yetirməməyin günahı, başqa bir ibadətin savabından məhrum olmağa səbəb deyil. Ancaq namaz əsnasında başın mütləq örtülməsi lazımdır.

2. 154 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin