Comərdik üstün əxlaqi keyfiyyətdir. İslam əxlaqına görə, ancaq Allah rizasını qazanmaq üçün sərf edilən mal-mülk insana savab qazandırar. Comərdlik insana istiqamət qazandırar, cənnətə gedən yolu asan edər. Yeri gələndə gözəl, edilən təbəssüm də sədəqə sayılır.
İnsanın ehtiyacı olduğu halda sırf Allah rizası üçün başqalarının ehtiyacını qarşılaması, fədakarlıq etməsi və əliaçıqlıq göstərməsi, səxavətli, comərd olmasıdır.
İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.
İnfaq, insanın alın təri ilə qazandığından, ruzi olaraq ona lütf edilən nemətlərdən, sahib olduğu var-dövlətindən Allahın rizasını qazanmaq niyyəti ilə ehtiyac sahibi insanlara verməsidir.
Onlar özlərinin ehtiyacı ola-ola sırf Allah rizasını qazanmaq üçün yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.