Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa oruc pozulur.
Diş fırçalamaq orucu pozmur. Ancaq diş fırçalayarkən diş pastası, misvaq parçaları və ya su udularsa, oruc pozulur. Orucun pozulma ehtimalını nəzərə alaraq dişləri imsakdan əvvəl və iftardan sonra fırçalamaq məsləhətdir.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Sual: Qadınların heyzli günlərdə dişlərinə dolğu (plomb) qoydurandan sonra qüsl ala bilərmi?