Orucun beyin hüceyrələrinə bu baxımdan müsbət təsiri çoxdur. Çünki oruc əsnasında çoxlu miqdarda qan qəbul edən beyin daha dinamik və fəal işləyir.
Nemətə səbəb olana təşəkkür edib, bu nemətin həqiqi sahibi olan Allahı unutmaq, qiymətli hədiyyə gətirən elçinin əlini öpüb, hədiyyə sahibini tanımamaq kimidir.
İnsan həyatı və ətrafında baş verənləri anlamağa çalışmalı və təfəkkür edərək diqqətli yaşamalıdır ki, ayağı büdrəyib yolda qalmasın. Bunun üçün geridə buraxdığı illəri (keçmişi), içində olduğu anı (indini) və gələcək planlarını (gələcəyi) süzgəcdən keçirərək təhlil etməlidir. Buna fərqindəlik də demək olar.