Görüşərkən əlini sıxmaq, əl verib görüşmək, salamlaşma, təbrikləşmə, dost münasibət göstərmə və s. şəkildə qarşılıqlı əl sıxmaq müsafihə adlanır. Bir-biri ilə qarşılaşan möminlərin salamlaşarkən əl verib görüşməsi İslamın ədəblərindən biridir. Buna görə də əllə görüşməyə xüsusi diqqət yetirməli, arada küskünlük olsa belə, uzadılan əli cavabsız qoymamalıyıq.