Böyüklərdən böyükdür Allah. Bütün həmdlər yalnız Ona məxsusdur. Bütün mədh və təriflər Ona layiqdir, biz də səhər-axşam Onu təsbeh, təqdis edirik.
Ey bəndələrinin gözlərinə mərifət bağçalarını göstərən və dillərini həmdlə coşduran mərhəmətlilərin ən mərhəmətlisi Allahım! İzin vermə ki, kədər və qüssə oxları qəlbimi yaralasın.
Ey hər zaman tərtəmiz ruhları lütf və ehsanlarıyla sevindirən, təqva yamaclarında yaşayan könül ərlərinin əndişələrini aradan qaldıran və bəndələrinin ehtiyaclarını ən münasib şəkildə yerinə yetirən Sultanlar Sultanı!