Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:
“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.”
Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.
Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?
Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?
“Boğazı kəsmək” mənasını verən intihar sözü “bir insanın öz canına qəsd edərək həyatına son qoyması” deməkdir.
Tövbə vicdanən peşman olmaq və bu peşmançılıq içində iztirab çəkməkdir. Tövbəni dillə söyləmək isə qəlbin tövbəsinə sadəcə tərcümanlıq etməkdir.
Günah qəlbə işləyib onu qaralda-qaralda iman nurunu söndürənədək qatılaşdırır. Hər bir günahda küfrə gedən yol var. Günah tövbə edilib dərhal təmizlənməsə, kiçik bir mənəvi ilan olub qəlbi yaralayır.
Milçəkləri bir-bir öldürməkdənsə, ən yaxşısı, bataqlığı qurut.
Sual: Haramla məkruh arasındakı fərq nədir? Cavab: İslam dinində edilməsi qəti olaraq qadağan edilən şeylər (davranış, hərəkət və s.) haram sayılır. Dini cəhətdən qadağaları yalnız Allah və Rəsulu (s.ə.s) qoya bilər. Bir şeyin haram buyrulmasının səbəbi həmin şeyin zərərli olmasıdır. Bu haramlıq zərər və ya qadağan edilən şeyin ya özündən qaynaqlanır, ya da dolayı olaraq bir səbəbə isnad edilir.
Günah sözü farsca kəlmədir və dini normaların pozulması, qəbahət sayılan iş (savabın əksi), cəzalanmalı hərəkət, təqsir, nöqsan, çatışmazlıq mənalarındadır. İlahi əmrləri şüurlu şəkildə inkar etmək və ya görməzlikdən gəlmək günah sayılır. Günah işləyən və ya günahı olan insana da günahkar deyilir. Quranda günah sözü daha çox “zənb, ism, fisq, isyan” kəlmələri ifadə edilmişdir.
Sual: Mən müəyyən günahlarımdan dolayı zaman-zaman tövbə edirəm. Ancaq iradəmə hökm edə bilmədiyim üçün eyni günahı təkrar edirəm. Tövbəni pozduqdan sonra təkrar tövbə edə bilərəmmi?
Ərəb dilində “kəbirə” və ya “kəbair” kəlməsi ilə ifadə edilən böyük günahlar haqqında bir ayə və ya səhih hədis olan, işləyənin dünya və ya axirətdə cəzaya düçar olmasına səbəb olan günahlardır. Əhli-sünnə etiqadına görə böyük günah işləyən kəs, bu günahın haramlığını inkar etmədiyi müddətcə günahkar mömin sayılır. Məsələn spirtli içki haramdır və içən günahkar olar, ancaq […]
Ov etmək halaldır? İslama görə ov necə edilməlidir? Ov eləmək əti halal olan, ancaq insandan qaçan, ürkən heyvanların tutulmasına deyilir. Hansı heyvanların ətinin halal, hansının haram olması elmihal kitablarında qeyd edilmişdir. Məsələnin təfərrüatını elmihal kitablarına həvalə edirik. Ov heyvanlarını kəsərkən islami əsaslara əməl etmək lazımdır. Bu qaydalara əməl edilmədən kəsilən ov heyvanlarının əti halal olmur. […]
Şagird və tələbələrin birinci vəzifəsi dərslərinə yaxşı hazırlaşmaq, ailəsini utandırmamaq və tapşırıqları layiqincə yerinə yetirməkdir.
İslam alimləri böyük günahlar haqqında kitablar yazmış, sayı ilə bağlı fərqli fikirlər irəli sürmüşlər.
Sual:İnsanın görmədiyi, bilmədiyi hadisələr haqqında danışması doğrudur? Cavab:İnsan yaradılış baxımından ictimai varlıqdır; cəmiyyətdə yaşayır, toplumun bir fərdi kimi, vəzifəsini yerinə yetirərək həm öz həyatını davam etdirir, həm də başqaları üçün faydalı olur. Qurani-Kərimin: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi millətlərə və xalqlara ayırdıq”[1] məallı ayəsi insanın […]
İnsan yaradılış etibarilə canlılar arasında xüsusi yerə sahibdir. O, ən gözəl biçimdə xəlq edilmişdir.
Bu mövzu hər kəsi maraqlandırır. “Görəsən, günahlarım bağışlanacaqmı?”, “Günahlarım bağışlanmasa, nə edəcəyəm?”.