Kainat kitabını yazan, kainat kitabı ilə insan arasında əlaqə quran və insanı bu böyük kitabın föhristi edən Allahdır. Elə isə kainatın məna və mahiyyətini bilən də Odur. İnsanın meyillərini, daxili dünyasını, cisim və ruhunu yalnız O izah edir. Çünki kainat kainatullah, insan abdullah və bunları açıqlayan Quran da kəlamullahdır.
Ərəb sözü olan “kitab” “yazmaq, yazılı sənəd” mənalarını bildirir. Cəm şəkli “kütub”dur. Dini terminologiyada isə “kitab” Allahın bəndələrindən nə istədiyini bildirmək və bu mövzuda onlara yol göstərmək üçün peyğəmbərlərinə vəhy etdiyi sözlərə və bunun yazıya köçürülmüş şəklinə deyilir.
Allah insanlığa Sinada üz tutdu. Sairdə təcəlli etdi. Faran dağlarında zühur edib kamalı ilə meydana çıxdı.