İnsanın ehtiyacı olduğu halda sırf Allah rizası üçün başqalarının ehtiyacını qarşılaması, fədakarlıq etməsi və əliaçıqlıq göstərməsi, səxavətli, comərd olmasıdır.
Cahiliyyə toplumu ancaq və ancaq öz mənfəət və xeyrini düşünürdü. Möhtac insanlara əl tutmaq, yardım etmək, dar gündə dada yetmək onlara tamam yad işlər idi. Başqasını özündən üstün tutmaq, ehtiyac içində ola-ola kömək etmək – ki, buna “isar” deyirik, – kimi fəzilətlərin adını da eşitməmişdilər. Ancaq Allah Rəsulunun risaləti onlara bir çox çirkin xüsusiyyət kimi, […]
Onlar özlərinin ehtiyacı ola-ola sırf Allah rizasını qazanmaq üçün yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.