İbn Məsud (r.a.) nəql edir: Ovcum Rəsulullahın (s.ə.s.) ovucları içində, O, mənə əttəhiyyat duasını bir Quran surəsi kimi öyrətdi.
Allah Rəsulu (s.ə.s) hər məsələdə olduğu kimi, oturuş məsələsində də müsəlmanların həyatına bir sıra prinsiplər gətirmiş, müəyyən qaydalar qoymuşdur. Bunlar hər bir insana aid olan ədəb-əxlaq qaydalarıdır. Dinimizin bəsit görünən bu cür məsələlərdə də müəyyən qaydalar ehtiva etməsi onun mükəmməlliyini göstərir.