Diş qanaması orucu pozur?

Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa oruc pozulur.

11. 622 dəfə oxunub 0 şərh yazılıb
Unudaraq yemək orucu pozurmu?

“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”

3. 385 dəfə oxunub 0 şərh yazılıb
Qusmaq orucu pozurmu?

Öz-özünə (qeyri-ixtiyari) mədədən boğaza gələn və öz-özünə geri qayıdan qusuntu ağız dolusu qədər olsa da orucu pozmur. Hər hansı narahatlıqdan dolayı ixtiyari olaraq gələn az miqdarda qusuntu öz-özünə geri qayıdarsa, oruc pozulmur. Ancaq bu qusuntu miqdarı ağız dolusu qədər olarsa, oruc pozulur. Həmin şəxs ağzını yaxaladıqdan sonra oruca davam etməli, sonradan bu orucunu qəza etməlidir. […]

21. 234 dəfə oxunub 0 şərh yazılıb
Siqaret və qəlyan orucu pozur?

Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.

13. 459 dəfə oxunub 0 şərh yazılıb
Qulaq yudurmaq orucu pozurmu?

Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.

5. 489 dəfə oxunub 0 şərh yazılıb
Misvakdan istifadə orucu pozurmu?

Oruclu ikən misvakdan istifadə etmək orucu pozmur.

2. 538 dəfə oxunub 0 şərh yazılıb
Dişə plomb qoymaq orucu pozur?

Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.

2. 906 dəfə oxunub 0 şərh yazılıb
Krem, pomada və qoxu orucu pozurmu?

Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.

12. 838 dəfə oxunub 0 şərh yazılıb
Dilaltı həblər orucu pozurmu?

Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.

2. 270 dəfə oxunub 0 şərh yazılıb
Təhdidlə orucu pozmaq

Sual: Təhdid altında olan şəxs orucunu poza bilərmi? Cavab: Əgər kimsə oruc tutan şəxsi “orucunu pozmazsan səni öldürərəm”, “sənə xəsarət yetirərəm” və s. deyərək təhdid edər, üstəlik dediyini etmək çalışarsa oruclu orucunu poza bilər.

2. 371 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin