Bəşər tarixi şahiddir ki, ortaq bir həyat yaşayan və ortaq gələcəyi bölüşən insanlar eyni səviyyədə deyil. Zəif-güclü, varlı-kasıb, kişi-qadın olmaqla bəşər bir mənada təzadı, bir mənada isə ahəngi təşkil edir. Yaradılışdan gələn bu fərqli xüsusiyyətlərlə həyatın içində yoğurulan insanlar bir-birinə ehtiyac duyur, tək başına yaşamağın, demək olar, qeyri-mümkün olduğunu dərk edirlər. Bu da insanları və toplumları qarşılıqlı yardımlaşmağa məcbur edir.
Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır? Uşaqlar arasında olan mübahisələrin əksəriyyəti yaş fərqi ilə bağlı olur. Məsələn, bəzən beş yaşlı qızın və ya oğlanın bitib-tükənməyən “niyə” sualları on yaşlı böyük qardaş və ya bacı üçün dözülməz olur. Yaxud da sakitcə öz oyuncaqları ilə oynayan kiçik uşaqla aləmi bir-birinə qatan, bir yerdə dayanmayan böyük […]
Sual: Dində bacı-qardaş evliliyi qadağandır. Halbuki, Adəm peyğəmbərin övladları bir-biri ilə evlənirdilər. Bunun hikməti nədir?