Rüku lüğətdə “əyilmək” mənasını verir. Namazın əsas ünsürlərindən biri olan rüku əllər dizlərə çatacaq şəkildə önə doğru əyilmək deməkdir.
“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.
Namazı layiqincə qılmağa çalışan bir mömin öz səviyyəsində meraca yüksəlmiş sayılır. Müsəlman da namaz ibadətini nə qədər layiqincə yerinə yetirə, namazda ilahi dərgaha nə qədər ürəkdən yönələ bilirsə, o səviyyədə meraca yüksəlmiş olur. Özünü Uca Allahın dərgahında hiss edir, sanki Onu görür. Qəlbi imanla elə coşub-daşır ki, elə bil yer üzündə deyil, Rəbbin dərgahında rüku edir, alnını torpağa deyil, İlahinin hüzuruna qoyur.
Ey Rəbbimiz, göyləri, yeri, arasında hər şeyi və daha başqa dilədiyin şeyləri dolduracaq qədər həmd Sənə məxsusdur.
Sübhansan ya Rəb! Səni təsbih edirəm, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, mütəalsan