Görüşərkən əlini sıxmaq, əl verib görüşmək, salamlaşma, təbrikləşmə, dost münasibət göstərmə və s. şəkildə qarşılıqlı əl sıxmaq müsafihə adlanır. Bir-biri ilə qarşılaşan möminlərin salamlaşarkən əl verib görüşməsi İslamın ədəblərindən biridir. Buna görə də əllə görüşməyə xüsusi diqqət yetirməli, arada küskünlük olsa belə, uzadılan əli cavabsız qoymamalıyıq.
يَا أَيُّهَا الَّذ۪ينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتّٰى تَسْتَأْنِسُوا وَتُسَلِّمُوا عَلٰى أَهْلِهَا Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. {“Nur” surəsi, 24/27} فَإِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَلٰى أَنْفُسِكُمْ تَحِيَّةً مِنْ عِنْدِ اللّٰهِ مُبَارَكَةً طَيِّبَةً Evlərə daxil olduğunuz zaman bir-birinizi Allah dərgahından bərəkət və […]
İki müsəlman qarşılaşarkən əl ilə görüşsə (və bir-birinə dua etsə), bir-birindən ayrılmadan günahları bağışlanar