Abdullah bin Salam bu xəbəri eşidən kimi düz Rəsulullahın (s.ə.s) yanına yollanır. Mədinə qapılarının ağzında Rəsulullahı qarşılamaq üçün toplaşan izdihamın arasına girir. Rəsulullahı görüncə özünü saxlaya bilməyib: “Vallah, bu simada yalan olmaz!” – deyə qışqırır.
Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.
Necə etmək olar ki, insanlar səhabələri nümunə götürsünlər?