Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?
“Əraf” surəsinin 179-cu ayəsinin hikməti nədir? Əgər insanların çoxu cəhənnəmə gedəcəksə və Allah Təala da bunu əvvəlcədən bilirdisə, o zaman bu qədər insanı Cəhənnəmə gedib əziyyət çəkməsi üçünmü yaratdı?
Cin sözünü eşidəndə ürpəririk. Bu səbəbdən də cin sözünün əvəzinə üç hərfli varlıqlar ifadəsindən istifadə edirik. Cin deyəndə həmin varlıqlar yanımıza gəldiyini düşünürük. Bu varlıqların insanlarla ortaq bir çox xüsusiyyətləri var. Əsas fərq ondan ibarətdir ki, biz onları görmədiyimiz təqdirdə, onlar bizi gözə bilirlər. Onlar təkcə adının çəkildiyi yerdə yox, hər yerdə ola bilirlər.
Metafizik varlıqlardan biri də cinlərdir. Cin kəlməsi ərəbcə “örtülü” və “bağlı” mənalarına gəlir. Həmin kəlmə ilə eynikökdən törəmiş bir çox söz mövcuddur.
Cin, ruh və mələk qanununu ağlı, şüuru, idrakı olmaqla yanaşı, həmçinin izafi və nisbi olmayan həqiqi varlığa sahibdirlər. Bu səbəblə İslam alimlərindən biri Quranın: “De: “Ruh Rəbbimin əmrindədir” (“İsra”, 17/85) ayəsini bu şəkildə izah edir: Ruh canlı, şüurlu, nurani, xarici vücudu (maddi varlığı, qılıfı) olan qanundur. Əgər əşyadakı qanunlara hər şeyi xəlq edən Rəbbimiz xarici vücud (qılıf) geyindirsə, hamısı ruh olar. Əgər ruh bədən libasını və başındakı şüuru çıxarsa, yenə ölməz qanun formasına düşər.
Bəşər övladı tarix boyu gözlə görünməyən qeyri-adi varlıqların mövcudluğuna inanmışdır. Cinlərin gözlə görünməsi qeyri-mümkün varlıqlar olmasından dolayı qədim dövrlərdə insanlara onlar haqqında doğru-düzgün məlumat əldə etmək müyəssər olmamışdır.
“Şeytan” sözünün lüğəvi mənası haqqında iki fərqli fikir mövcuddur. Birinci fikrə görə, “ş-t-n” kökündən əmələ gəlib, “uzaq olmaq, müxalifət etmək”, ikinci fikrə görə isə, “ş-y-t” kökündəndir, “qəzəblə yanmaq” mənasını verir. İslami ədəbiyyatda isə şeytan vəsvəsələri ilə daima insanları yoldan azdırmağa çalışan, oddan yaradılmış, azğın və təkkəbbürlü varlıqlara verilən addır. Quranda ilk şeytandan “İblis” deyə bəhs […]
Cin və şeytanların şərindən qorunmaq üçün daima dua etmək lazımdır. Dua və zikirlərlə gül ətirli bir ab-hava və atmosfer meydana gətirmək gərəkdir. Mömin “Gül gül içində bitər” fəlsəfəsi ilə hərəkət etməli, daima “əuzu billəhi minəş-şeytanir-racim” nərdivanı ilə Ucalar Ucasının qüdsi qalasına sığınmalıdır. Çünki şeytan və xəbis cinlər oraya girə bilməz, əlləri o müqəddəs sığınacağa çatmaz.