Dəridə iynə ilə yazılmış yazı və ya çəkilmiş şəklə döymə və ya tatuirovka deyilir. Döymə bədənin müəyyən yerinə məsələn, əlin üzərinə, biləyə, çiyinə və s. yerlərə müxtəlif naxışların vurulmasıdır… Haram olduğunu bilmədiyimiz vaxtlarda, bədənimizə vurulan döymələri mümkündürsə həmin üzvə xələl gətirmədən təmizlənməsinə çalışılmalıyıq. Bunu edərkən də imkan nisbətində mütəxəssis həkimlərə müraciət edilməlidir. Əgər mümkün olmazsa ciddi şəkildə tövbə edilməlidir. Ümid edilir ki bu hal bağışlanmasına vəsilə olar.