Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.
Müasir dövrdə övrət yerləri su ilə təmizlənmədən əvvəl və ya sonra tualet kağızından da istifadə edilir. Beləcə həm əlin nəcasət ilə birbaşa təması azalır, həm də yuyulandan sonra qalan su qurulanır. Su ilə təmizlik etdikdən sonra övrət yerinin parça və ya tualet kağızı ilə qurulanmasının sağlamlıq və təmizlik baxımından daha uyğun hətta zəruri olduğunu ifadə etmək lazımdır.
İstinca lüğətdə, “natəmiz şeylərdən təmizlənməyi istəmək” deməkdir. Dini terminologiyada isə, böyük və kiçik ayaqyolu ehtiyacını gördükdən, həmçinin qan, məni çıxandan sonra övrət yerlərini təmizləmək mənasına gəlir. Buna dilimizdə, təharətlənmək deyilir. Bu təmizlik müəkkəd sünnədir.