Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.
“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” – deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.
Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.
Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.
nasının üzünə ağ olan bir gənc əvvəlcə onu döyüb incidir. Bununla ürəyi soyumayıb onu bıçaqla doğrayır. Bu vaxt bıçaq əlini kəsir və qeyri-ixtiyari: “ay ana!” – deyir. Onun bu fəryadını eşidən ananın ürəyi də “can bala!”: – deyib oğlunun barmağına sarılır. Ata-analar həmişə belədir. Uşaqlarını döyüb incitsələr də, bərk-bərk danlasalar da, dillərindən ancaq “can bala!” kəlməsi yüksəlir.
Hər bir insan ata və ana adlı o iki uca varlığa hörmət etməyə borcludur. İslam ata və anaya böyük dəyər verir. Ancaq müasir dövrdə bir çox dəyərlər kimi, valideynlərə sayğı və hörmət də yavaş-yavaş sıradan çıxmaqdadır. Bəzi övladlar ömrünü onların yolunda şam kimi əridən valideynləri ağır bir yük kimi görürlər. Halbuki nə edirlər-etsinlər, onların borcunu qaytara bilməzlər.
“Uşaqların yanında mübahisə edin, ancaq uşaqlar eşitməsin” adlanan bir ənənə bizim mədəniyyətimizə aid deyildir. Ənənəvi həyat tərzimizə görə, ailədə bir hökm sahibi ata və ona itaət edən bir ana var. Ona görə də ana və atalar mübahisələrini, daha doğrusu, fikir mübadiləsini uşaqların yanında, qarşılıqlı hörmət çərçivəsində, səviyyəli şəkildə etməlidirlər ki, “qarşılıqlı hörmət” modelini övladları görsün.
Uşaqların verdiyi sualları çox vaxt mənasız qəbul edirik. Sual verəndə də çox vaxt ya onları susdurur, ya da gülürük. Bununla da onlara ikiqat zərər veririk. Onlar da eyni şeyi təkrarlayacaq, kimisə verdiyi suala görə ittiham edəcək və bir daha heç kimə sual verməyəcək.
Uşaq dünyaya gələndə həkimlərə müraciət edib: “Bu həftə, bu ay hansı qidalar verməliyik?,” – deyib qidanı rejimə saldığımız kimi, tərbiyə məsələsində də “Beş yaşında uşağım var, nə edim?” “On yaşında uşağım var, nə etməliyəm?” “On beş yaşında uşağım var, nə edim?” kimi suallarla mütəxəssislərlə məsləhətləşməli və hər məsələni onların tövsiyələri ilə həll etməyə çalışmalıyıq.
Uşaqların mükəmməl təlim-tərbiyəyə yiyələnməsi üçün şəraitin də mükəmməl olması başlıca şərtlərdən biridir. Bəli, hər bir uşaq mühitinə uyğun formalaşır və bir mənada həmin mühitin övladı sayılır. Mühit amillərinin birincisi ailədir. İkincisi məktəb, üçüncüsü dost-tanış dairəsidir, dördüncüsü isə birgə dərs çalışdığı uşaqları ehtiva edir. Cəmiyyət həyatında dərzi dükanı, dülgər sexi, camaşırxana və digər iş yerlərini də qeyd etmək olar.
Hər kəs öz cavabdehlik çərçivəsinə və dolanışığından, tərbiyəsindən mükəlləf olduğu şəxslərə görə məsuliyyət daşıyır. Onların ehtiyaclarını təmin etmək, onları boya-başa çatdırmaq, qorumaq kimi məsələlərdə əldə etdiyi bütün nailiyyətlər, gördüyü yaxşı işlər əməl dəftərinin “savablar” səhifəsinə, bütün xətalar isə “günahlar” səhifəsinə yazılır. Nəbilər Sərvəri (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Hər biriniz çobansınız və əlinizin altında olanlara […]