Ayaqyalın namaz qılmaq olarmı? Kişilər ayaqyalın namaz qıla və imamlıq edə bilərlər. Qadınların isə ayaqyalın namaz qılması bəzi alimlərə görə məkruh sayılsa da namazları keçərlidir. Ancaq islaq və çılpaq ayaqla daxil olduqda məsciddəki xalça-palazın kirlənmə ehtimalını nəzərə alaraq corab geymək tövsiyə edilmişdir.