Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.
“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)
Peyğəmbərimiz başda ata-anamız olmaqla, bizə, yaxın-uzaq bütün qohumlarımıza, qonşularımıza və dostlarımıza yaxşılıq etməyi, insanların qaba davranışlarına qarşı da səbirli olmağı və əlimizdən gəldiyi qədər onlarla gözəl davranmağı tövsiyə etmişdir. Sadəcə tövsiyə etməklə kifayətlənməmiş, bu məsələdə bizə nümunə olmuşdur. Allah Rəsulu hər kəsin İslamla nicat tapması üçün canla-başla səy göstərərkən Məkkənin azğın müşrikləri Onu təhqir edir, […]
Müsəlman olan hər kəs sədəqə verə bilər. Sədəqənin verilməsi üçün hər hansı bir şərt yoxdur. Sədəqə Allah riazsını qazanmaq məqsədilə edilən yaxşılıqdır. Rəsulullah (s.ə.s) edilən yaxşılığın ömrü uzatdığını bildirmişdir, “Müsibəti ancaq dua geri qaytarar, ömrü də ancaq yaxşılıq uzadar.”
(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.
Allah rizası üçün kasıblara verilən şeylər sədəqədir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Hansı əməllər sədəqə sayılır?