2. 865 dəfə oxunub ,   0 şərh   Çap et

بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيم

عَنْ شَدَّادِ بْنِ أَوْسٍ رَضِيَ الله عَنْهُ

 قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ

اَلْكَيِّسُ مَنْ دَانَ نَفْسَهُ وَعَمِلَ لِمَا بَعْدَ الْمَوْتِ

وَالْعَاجِزُ مَنْ أَتْبَعَ نَفْسَهُ هَوَاهَا وَتَمَنَّى عَلَى اللهِ

* * *

Həzrəti Şəddad ibn Əvsin (radiyallahu anh) rəvayət etdiyi bir hədisi-şərifdə, Kainatın Fəxri Əfəndimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

“Ağıllı insan, daim öz nəfsini qınayan və ölümdən sonrakı həyat üçün çalışandır. Aciz insan isə, öz nəfsinin arzu-istəklərinə boyun əyib onun ardınca gedən və buna baxmayaraq Allah Təalanın onu bağışlayacağına ümid bəsləyəndir.”

(Tirmizi, Qiyamət, 25; İbn Məcə, Zühd, 21; Əhməd ibn Hənbəl, Müsnəd, IV/124)

   Dinimizdə həqiqəti inkar etməyən, düzlükdən ayrılmayan ağla mühim əhəmiyyət verilmişdir. Bir gün Rəsulullahın (s.ə.s) yanında bir şəxsi təriflənəyəndə O, “Siz mənə onun ağlından xəbər verin” – buyurmuşdur. Əlbəttə bu hədisi şərifdə dünya və içindəkiləri Allah Təala Axirət diyarında vəd etdiyi  nemətlərlə müqayisə edib, bu nemətlərin dəyərsiz olduğunu analayan və ona görə davranan ağıl nəzərdə tutulur.

   Əfsuslar olsun ki, özünə arxayınlıqdan qaynaqlanan ənaniyyət (eqoizm) və özünü bəyənmək, özündən razılıq bu gün insanlar arasında daha çox yayğınlaşıb. Bəziləri bunu ağıllı olmaq, başqasına qalib gəlmək və ya kimisə aldatmaq olaraq yanlış anlayır. Halbuki, Qurani-Kərimdə Allah Təala bizlərə yalnız və yalnız xeyirli işlərdə bir-birimizlə yarışmağımızı və saleh əməllərdə bir-birimizə kömək etməyi əmr etmişdir.

وَفِي ذَلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ

“ Qoy yarışanlar, xeyirli işlər görərək bu cənnət nemətlərinə qovuşmaq  üçün yarışsınlar!” (Mutaffifin Surəsi, 26)

وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللَّهَ

“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!(əl-Maidə surəsi, 2)

   Buna görə hədisi-şərifdə vurğulanan ağıllı adam deyərkən; başqalarının xətalarını axtarmaq əvəzinə daim öz nəfsinin qüsur və nöqsanları ilə məşğul olan, o cümlədən bu xüsuslardan qurtulmağa çalışan, dünyadakı hər işini Allah Təalanın rizasını əldə etmək üçün ölümdən sonrakı həyata görə nizamlayan şəxs başa düşülür.

  Bu həqiqətlərə göz yumaraq, vicadının səsini dinləməyən, daim nəfsinin istək və arzularının əsiri olan, özünü bəyənən şəxs isə sözün həqiqi mənasında aciz insandır. Belə insanlar özlərini ağıllı zənn edib bu fikirlərin kölgəsində yaşayarlar.

Allah (cəllə cəlaluhu) bizlərə tövbə ederək, Ona dua edib yalvaran və hər zaman nəfsinin qüsurları ilə məşğul olan, saleh əməllərlə ömür sürüb və bu əməllərlə yalnızca Onun rizasını qazanmağa çalışan bəxtiyar bəndələrindən eləsin. Amin!

وَصَلِّ وَسَلِّمْ و بَارِكْ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ

 وَعَلٰى اٰلِه وَأَصْحَابِهِ أَجْمَعِينْ

وَسَلَامٌ عَلَى الْمُرْسَلِي

 وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

 



Açar sözləri

aciz ağıl ağıllı

Bənzər məqalələr

Fətanəti

Fətanət ağılla ağılı geridə qoymaq, ötüb keçmək deməkdir. Ona peyğəmbər məntiqi də deyə bilərik. Bu məntiq hər məsələyə ruh, qəlb, hiss və qəlbə xas incə duyğuların (lətaifin) birgə iştirakı ilə baxmaq deməkdir. Fətanət quru ağıl və məntiq deyildir.

Allahın mahiyyətini ağılla qavramaq olarmı?

Əvvəlcə bunu aydın dərk etmək lazımdır ki, bir şeyin var olduğunu bilməklə mahiyyətini bilmək arasında fərq var. Kainatda çox şey var ki, ağıl onların var olduğunu açıq-aşkar bildiyi halda, mahiyyətini qavraya bilmir. Məsələn, insan yerin cazibə qüvvəsini bilməsinə, hətta o qanuna tabe olmasına baxmayaraq, onun mahiyyəti haqda məlumatı yoxdur.


Şərh yaz