بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيم
عَنْ شَدَّادِ بْنِ أَوْسٍ رَضِيَ الله عَنْهُ
قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ
اَلْكَيِّسُ مَنْ دَانَ نَفْسَهُ وَعَمِلَ لِمَا بَعْدَ الْمَوْتِ
وَالْعَاجِزُ مَنْ أَتْبَعَ نَفْسَهُ هَوَاهَا وَتَمَنَّى عَلَى اللهِ
* * *
Həzrəti Şəddad ibn Əvsin (radiyallahu anh) rəvayət etdiyi bir hədisi-şərifdə, Kainatın Fəxri Əfəndimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
“Ağıllı insan, daim öz nəfsini qınayan və ölümdən sonrakı həyat üçün çalışandır. Aciz insan isə, öz nəfsinin arzu-istəklərinə boyun əyib onun ardınca gedən və buna baxmayaraq Allah Təalanın onu bağışlayacağına ümid bəsləyəndir.”
(Tirmizi, Qiyamət, 25; İbn Məcə, Zühd, 21; Əhməd ibn Hənbəl, Müsnəd, IV/124)
Dinimizdə həqiqəti inkar etməyən, düzlükdən ayrılmayan ağla mühim əhəmiyyət verilmişdir. Bir gün Rəsulullahın (s.ə.s) yanında bir şəxsi təriflənəyəndə O, “Siz mənə onun ağlından xəbər verin” – buyurmuşdur. Əlbəttə bu hədisi şərifdə dünya və içindəkiləri Allah Təala Axirət diyarında vəd etdiyi nemətlərlə müqayisə edib, bu nemətlərin dəyərsiz olduğunu analayan və ona görə davranan ağıl nəzərdə tutulur.
Əfsuslar olsun ki, özünə arxayınlıqdan qaynaqlanan ənaniyyət (eqoizm) və özünü bəyənmək, özündən razılıq bu gün insanlar arasında daha çox yayğınlaşıb. Bəziləri bunu ağıllı olmaq, başqasına qalib gəlmək və ya kimisə aldatmaq olaraq yanlış anlayır. Halbuki, Qurani-Kərimdə Allah Təala bizlərə yalnız və yalnız xeyirli işlərdə bir-birimizlə yarışmağımızı və saleh əməllərdə bir-birimizə kömək etməyi əmr etmişdir.
وَفِي ذَلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ
“ Qoy yarışanlar, xeyirli işlər görərək bu cənnət nemətlərinə qovuşmaq üçün yarışsınlar!” (Mutaffifin Surəsi, 26)
وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللَّهَ
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (əl-Maidə surəsi, 2)
Buna görə hədisi-şərifdə vurğulanan ağıllı adam deyərkən; başqalarının xətalarını axtarmaq əvəzinə daim öz nəfsinin qüsur və nöqsanları ilə məşğul olan, o cümlədən bu xüsuslardan qurtulmağa çalışan, dünyadakı hər işini Allah Təalanın rizasını əldə etmək üçün ölümdən sonrakı həyata görə nizamlayan şəxs başa düşülür.
Bu həqiqətlərə göz yumaraq, vicadının səsini dinləməyən, daim nəfsinin istək və arzularının əsiri olan, özünü bəyənən şəxs isə sözün həqiqi mənasında aciz insandır. Belə insanlar özlərini ağıllı zənn edib bu fikirlərin kölgəsində yaşayarlar.
Allah (cəllə cəlaluhu) bizlərə tövbə ederək, Ona dua edib yalvaran və hər zaman nəfsinin qüsurları ilə məşğul olan, saleh əməllərlə ömür sürüb və bu əməllərlə yalnızca Onun rizasını qazanmağa çalışan bəxtiyar bəndələrindən eləsin. Amin!
وَصَلِّ وَسَلِّمْ و بَارِكْ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ
وَعَلٰى اٰلِه وَأَصْحَابِهِ أَجْمَعِينْ
وَسَلَامٌ عَلَى الْمُرْسَلِي
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ